Xəbər lenti
Gündəmdə nə var?
Səhər ƏHMƏD
Gündəmdə Kərbəla, yağış və futbol...
Fanatiklər kədərlidi, romantiklər sərxoş, "bolelşik"lər sevincək.
Heç bir "ik" olmayanlar darıxır.
Payızdı, üçüncü minnilliyin allah bilir, neçənci payızı...
Bir tərəfdən də bir qadın öz ərini linglə öldürüb.
Ərlə arvadın bir-birini öldürməsi çoxdan köhnəlib, təzə olan cinayətin alətidi. Gündəmdə həm də ling var.
Biri yazıb ki, "lomla öldürmək üçün nə qədər nifrət etməli olmalısan".
Deməli, öldürmək əsas deyil, nəylə öldürməkdi məsələ.
Üçüncü minilliyin, allah bilir, neçənci yağışı yağır, Kərbəladan üzü bəri tökülən bütün qanları yumağa.
Bu gün dindarlar dəstə-dəstə birləşib qaragürüh olacaqlar.
İnsanlar binayi-qədimdən absurd, qeyri-real ideyalar ətrafında asanlıqla birləşir, hətta qan tökürlər.
Gerçək, vacib, həyati əqidələr uğrunda birləşmək isə müşkülə dönüb.
Nə zaman insanlar torpaq, din, sərvət uğrunda vuruşmaqdan bezib insanlıq uğrunda vuruşmağa başlayacaqlar - sualı hələ də açıq.
Gündəmdə Kərbəla, yağış və futbol...
Yaxşı şeir başlanğıcıdı.
Amma "Şeir zamanı deyil, afət!"
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar