Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qədim insanın dişində ölümcül virus aşkarlandı

Tarix: 11-05-2018 11:35     Baxış: 3288 A- / A+
Qədim insanın dişində ölümcül virus aşkarlandı


Kopenhaqen universitetinin Eske Villerslevin başçılıq etdiyi tədqiqat qrupu 4500 il əvvəl yaşamış insanın DNT-də “Hepatit B” virusunun izlərini aşkarlayıb.

Manevr.az xəbər verir ki, bu barədə məqalə “Science Alert” jurnalında dərc olunub.

Məlumata görə, bu qeyd olunan virusunun eramızdan əvvəl mövcudluğuna dair ən qədim sübutdur.

Mütəxəssislər 2000-7000 il əvvəl yaşamış köçəri xalqlardan olan 137 insanın diş və gicgah sümüyündən DNT nümunələri götürüb.

İyirmi insanın qalıqlarında “Hepatit B” virusunun genomuna xas olan nuklein turşuların fraqmentləri ortaya çıxıb. Onlardan ən qədimi 4500 il əvvəl yaşayıb.

Buna qədər “Hepatit B” virusunun ən qədim izləri orta əsrlərə (450 il əvvəl) gedib çıxırdı.

Araşdırma nəticələri göstərib ki, bu infeksiya bir neçə min il ərzində Avrasiyada kifayət qədər geniş yayılıb.

Qeyd edək ki, “Hepatit B” dünyada hər ilə 786 min nəfərin həyatına son qoyur.\oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar