Xəbər lenti
Fazil Məmmədovun qudasına yenidən vəzifə verildi
Bu gün Gənclər və İdman nazirliyində Azərbaycan Güləş Federasiyasının seçki konfransı keçirilib.
Manevr.az xəbər verir ki, əvvəlcə Gənclər və İdman naziri Azad Rəhimov federasiyadakı problemlərə rəğmən idmançıların Avropa çempionatında uğurlu çıxışına qiymət verib: "Federasiyada yaşanan problemlərə baxmayaraq, idmançılarımızın uğurlu qələbələri işlərin düzgün şəkildə qurulduğunun əyani göstəricisi oldu. Növbəti sınaq, Argentinada keçiriləcək gənclərin Olimpiya oyunları olacaq ki, bu istiqamətdə də uğurlu nəticələrin olacağına ümid edirik”.
Daha sonra nazir Azad Rəhimov Namiq Əliyevin yenidən güləş federasiyasına dəvət olunduğunu və 1-ci vitse prezident vəzifəsində çalışacağını diqqətə çatdırdı. Bununla yanaşı nazir, Firdovsi Umudovun milli komandanın baş məşqçisi və federasiyanın vitse prezidenti postunda çalışacağını əlavə etdi.
Xatırladaq ki, birinci vitse-prezident təyin edilən şəxs sabiq vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, Fazil Məmmədovun qızı Namiq Əliyevin gəlinidir. Onlar qohum olana qədər də birlikdə işləyiblər. Namiq Əliyev Məmmədovun müavini vəzifəsini həm Vergilər Nazirliyində, həm də AGF-də tuturdu.
Onlar quda olduqdan sonra Namiq Əliyev Azərbaycan Güləş Federasiyasından istefa vermişdi. Fazil Məmmədov nazir postundan ayrıldıqdan sonra ƏIiyev də nazirlikdəki vəzifəsini itirdi. Maraqlıdır ki, Namiq Əliyev yenidən Fazil Məmmədovun hələ də prezidenti olduğu AGF-nin birinci vitse-prezidenti vəzifəsinə qaytarılıb./bakupost
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar