Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

SON DƏQİQƏ: Saakaşvilinin partiyası parlamentə gedəcək

Tarix: 12-10-2016 00:01     Baxış: 5449 A- / A+
SON DƏQİQƏ:

Gürcüstanın ana müxalifət partiyası hesab edilən “Vahid Milli Hərəkat” partiyasının seçkilərdə deputat mandatı qazanmış namizədləri parlamentə gedəcəklər.

Partiyanın üzvü, ilkin məlumatlara görə proporsional siyahı üzrə deputat mandatı qazanmış Azər Süleymanov bildirib ki, bu barədə partiyanın siyasi şurasının oktyabrın 11-də keçirilmiş iclasında qərar qəbul olunub.

A.Süleymanov deyib: “Oktyabrın 8-də keçirilmiş parlament seçkilərində proporsional siyahı üzrə mandat qazanmış şəxslərin parlamentə getməyəcəkləri barədə müəyyən fikirlər var idi. Siyasi şura bu gün həmin şəxslərin parlamentə getməsi, həmçinin majoritar dairələrdə mübarizə aparan namizədlərin ikinci turda mübarizəni davam etdirmələri barədə qərar qəbul edib”.

İlkin məlumatlara görə, “Vahid Milli Hərəkat” partiyası seçkilərdə proporsional siyahı üzrə 27 deputat yeri qazanıb. Majoritar dairədən isə hələlik heç bir mandat əldə olunmayıb. Marneulidəki 36 saylı dairədən namizədliyi irəli sürülmüş azərbaycanlı Əhməd İmamquliyev birinci turda seçicilərin 47,91 faizinin səsini toplayıb. İkinci turda onun rəqibi seçicilərin 43,41 faiz səsini toplamış Tamaz Naveriani olacaq.

A.Süleymanov bildirib ki, partiya üzvləri Ə.İmamquliyevin qələbə qazanması üçün səylərini davam etdirəcək.(AzərTAc)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar