Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Deputatın normal əmək haqqı olmalıdır ki, özünə kostyum alıb geyinsin” - Komitə sədrindən maraqlı açıqlama

Tarix: 05-05-2018 19:01     Baxış: 4979 A- / A+
“Deputatın normal əmək haqqı olmalıdır ki, özünə kostyum alıb geyinsin” - Komitə sədrindən maraqlı açıqlama

"Deputatın 10 min manat, camaatın isə 100-300 manat almasını istəmərəm. Bu doğru müqayisə deyil. Təbii ki, mən də istərəm ki, maaşım çox olsun. Ancaq mövcud reallığa baxmaq və ədalətlə qiymət vermək lazımdır”.

Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, deputat Eldar İbrahimov bildirib.

Komitə sədri deputatların artırılan əmək haqqının yerində olduğunu söyləyib:

"Mövcud imkanlar daxilində əmək haqqları zaman-zaman artırılır. Mən indiki reallıqdan artırılan əmək haqqını düzgün başa düşürəm. Hesab edirəm ki, bu, belə də olmalıdır. Biz reallığı görməyi bacarmalıyıq.
Digər tərəfdən isə Azərbaycanda hamının əmək haqqı 10 faiz artırılıb. İndi bütün sahələrdə əmək haqqını 10 faiz artırmaqla, deputatların maaşlarını 200 faiz artırmaq doğru çıxmaz. Əhali ilə onu seçən deputatların arasında fərq olmamalıdır. Bu gün mənim əhalim necə yaşayırsa, deputatı da elə yaşamalıdır. Biz bunu Ulu Öndər Heydər Əliyevdən öyrənməliyik. Vaxtilə Ulu Öndər Naxçıvanda işləyəndə, o zaman havalar çox soyuq idi, istilik, təbii qaz, elektrik enerjisi yox idi. Həmin vaxt bir nəfər Heydər Əliyevə deyib ki, gecə yarısına qədər soyuq otaqda işləyirsən, bəlkə bu kabinetə soba qoyulsun ki, yeriniz isti olsun. Ulu Öndər Heydər Əliyev isə həmin adama bildirib ki, bura soba qoysanız, bəs onun tüstüsü haradan çıxacaq? Bəs Naxçıvan camaatı həmin sobanın tüstüsünü görüb deməyəcək ki, Heydər Əliyev özü isti yerdə oturub, biz isə soyuqdan donuruq? Yəni, ulu Öndər də həmin sobanın otağa qoyulmasını qəbul etməmişdi. İndi biz deputatlar da xaqlımızın yaşayış səviyyəsinə uyğun yaşamalıyıq”.

Eldar İbrahimov dünya ölkələri ilə müqayisə edəndə, deputat kimi əmək haqqlarının çox olmadığını deyib:
"Təbii ki, deputatın əmək haqqı yüksək olmalıdır. Ancaq Azərbaycanda bu günkü reallıqdan baxanda, bu normalıdır. Bu gün 300-500 manat maaş alanın yanında deputat 2000 manat maaş alırsa, əlbəttə ki, bunu qiymətləndirmək lazımdır. Çünki dövlətimizin gücünə və büdcə imkanlarına baxıb əmək haqqı artırılır”.

O qeyd edib ki, deputatların maaşları ilə təqaüdçülərin müqayisəsini aparmaq və bununla insanlar arasında narazılıq yaratmaq düzgün deyil:

"Bu, bizi istəməyən qüvvələrin işidir. Görünür, bu cür fikirləri danışanlar deputatlarla xalq arasında uçurum, narazılıq yaratmaq istəyir. Amma insanlarımız həmin adamlara inanmamalıdır. Onsuz da insanlarımız yaxşı başa düşür ki, deputatlar Azərbaycan xalqının və dövlətinin üzüdür. Deputatlar xaricə səfərlər edirlər, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların tədbirlərində iştirak edirlər. Deputatın normal əmək haqqı olmalıdır ki, özünə kostyum alıb geyinsin, səliqəli geyinərək, orada Azərbaycan xalqını təmsil edə bilsin. İnsanlara geyimlə, yaşayış səviyyəsilə qiymət verirlər. Bu gün Azərbaycanda avtomobillərin, evlərin sayı-hesabı yoxdur. Demək, insanlar yaxşı yaşayır ki, maşınlar alır, evlər tikir. Bu, böyük göstəricidir. Xaricdə isə Azərbaycan xalqının göstəricisi həmin deputatların sir-sifətidir, geyimidir, paltarıdır, özünü aparmağıdır və sairə”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar