Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu həkimlər cərimələnəcək

Tarix: 03-05-2018 14:19     Baxış: 4470 A- / A+
Bu həkimlər cərimələnəcək


"Resept yazarkən bioloji aktiv maddələrin adlarını da qeyd edən həkimlər barəsində inzibati qaydada məsuliyyət tədbiri görüləcək".

Manevr.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

O qeyd edib ki, bir çox Avropa ölkələrində olduğu kimi, artıq Azərbaycanda da bioloji aktiv maddələr geniş istifadə olunur:

"Həkimlər resept yazarkən bu maddələrin adlarını resept blanklarına əlavə edərsə, onlar barəsində inzibati qaydada məsuliyyət tədbiri (cərimə) görüləcək. Çünki dərk edilməlidir ki, bioloji aktiv maddələr qida əlavəsidir. Onlar müalicə məqsədilə istifadə olunmur. Xəstəliklərin müalicəsində sırf dərman preparatlarından istifadə etmək lazımdır. Gərək hər həkim bu fikri öz xəstələrinə izah etsin".

E.Əzizov əlavə edib ki, bioloji aktiv maddələr dərman vasitələri olmadığından istehsalçılarına da bioloji aktiv maddələrin üzərində onların dərman vasitəsi olmadıqları barədə bildiriş qeyd edilməsi tələbi qoyulub. Bu tələbə riayət etməyənlər üçün məsuliyyət nəzərdə tutulub.

O xatırladıb ki, dərmanlar apteklərdən reseptlə və ya reseptsiz buraxıla bilər. Reseptləri buraxılan dərman vasitələrinin siyahısı Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənir.

Nazirlik rəsmisi bildirib ki, reseptlə buraxılan dərmanların reseptsiz buraxılmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən 250 manata qədər cərimələnmə nəzərdə tutulur:

"Nazirlik bu sahədə çalışan sahibkar və vətəndaşları məlumatlandıraraq bildirir ki, əczaçılıq fəaliyyəti sahəsində qanunvericiliyin şərtlərinə əməl edilməlidir. Reseptlərdə dərmanlar beynəlxalq patentləşdirilməmiş adı ilə yazılmalıdır. Lakin ölkədə hələ də reseptlərdə dərmanların adları belə qaydada yazılmır və reseptlərdə dərmanların ticari adla yazılması həkimlər tərəfindən davam etdirilir. Həkimlərə müraciət edərək bildiririk ki, hər bir həkim reseptlərdə dərmanların beynəlxalq patentləşdirilməmiş adını qeyd etsinlər. Bu qaydalara apteklər də riayət etməlidir. Yəni onlar da tələblərə uyğun yazılmayan reseptlərlə dərman satmamalıdırlar. Təəssüf ki, bu gün əczaçılıq şirkətləri həkimlərlə razılaşmalar əldə edirlər. Bu cür neqativ halların qarşısını almaq üçün həkimlərin reseptlərdə dərmanları ticari adla yazmasına icazə verilmir"./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar