Xəbər lenti
YAP-dan Maksim Musayevə xəbərdarlıq...
Hüseyn Paşayev: “Özlərini “91-lərin üzvü”, “YAP-ın qurucusu” kimi təqdim edən insanların əksəriyyətini sonradan tanımışam”
“Yeni Azərbaycan” Partiyasının mətbuat xidməti dəfələrlə bu barədə məlumat verib və bir daha təkrar etməyə lüzum görür ki, keçmiş deputat Maksim Musayevin YAP-ın yaradılmasında heç bir iştirakı olmayıb”.
Bu fikirləri YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev musavat.com-a açıqlamasında bildirdi.
O, əlavə etdi ki, M.Musayevin məşhur “91-lər”in siyahısına heç bir aidiyyatı yoxdur: “Xahiş edirik ki, Maksim Musayev nə mətbuatda, nə ictimai yerlərdə, ümumiyyətlə, heç bir ünvanda özünü “Yeni Azərbaycan” Partiyasının qurulmasında iştirak etmiş “91-lər”in nümayəndəsi kimi təqdim etməsin və bununla bağlı KİV-lərdə çaşqınlıq yaratmasın”.
H.Paşayev M.Musayevin “YAP-ın qurucularından biri” kimi təqdimatı ilə də razılaşmadı: “Onlar özlərini belə təqdim edirlər. YAP 1992-ci ildə yaranıb, mən də həmin ildən bu partiyadayam. Son vaxtlar özlərini “91-lərin üzvü”, “YAP-ın qurucusu” kimi təqdim edən insanların əksəriyyətini mən tanımıram, yaxud da sonradan tanımışam. O cümlədən də Eldar Sabiroğlunu...”
Mətbuat xidmətinin rəhbəri M.Musayevin YAP-ın üzvü olduğunu təsdiqlədi: “Ancaq YAP qarşısında xidmətlərini şişirtməklə məşğuldur. Bu isə onu tanıyanlar arasında müsbət rəy formalaşdırmır”.
H.Paşayev M.Musayevlə Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov arasında baş verən konfliktli vəziyyətə partiyanın müdaxilə etməyəcəyini də söylədi: “YAP fərdlər arasında münasibətlərə qarışmır”.
Qeyd edək ki, M.Musayev Altıağacda ona məxsus tikilinin icra başçısının göstərişi ilə söküldüyünü deyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar