Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hüquq müdafiəçiləri Əfv Komissiyasına siyahı təqdim etdilər

Tarix: 29-04-2018 16:17     Baxış: 3204 A- / A+
Hüquq müdafiəçiləri Əfv Komissiyasına siyahı təqdim etdilər


May ayında görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 95 illiyi və 28 mayda Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar əfv sərəncamının imzalanacağı və amnistiya aktının qəbulu gözlənilir. Artıq Əfv Məsələləri Komissiyası bu ilin ilk aylarında iclaslara start verib. Amnistiya aktnın qəbulu üçün isə parlamentdə təkliflər irəli sürülüb.


Nazirlər Kabinetinin tərkibində baş verən dəyişikliklər, yeni rəhbərlərin Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev tərəfindən kollektivlərə təqdim edilməsi mərasimlərinin keçirilməsi Əfv Məsələlələri Komissiyasının iclaslarında fasilələrə səbəb olub. Artıq təyinatların hamısı gerçəkləşdirildiyindən növbəti həftədən Komissiyanın iclaslarının davam etdiriləcəyi gözlənilir. Məlum olduğu kimi, PA rəhbəri eyni zamanda, Əfv Məsələləri Komissiyasının sədridir. Komissiyasının üzvlərinin bir qismini isə nazirlər təşkil edir.

Əfv Məsələləri Komissiyasından modern.az-a verilən məlumata görə, növbəti həftədən iclaslar daha intensiv şəkildə keçiriləcək.


Hüquq müdafiəçisi Novella Cəfəroğlunun Modern.az-a verdiyi məlumata görə, onların siyahısı Komissiyaya təqdim edilib:

“Bizim təqdim etdiyimiz siyahıda uzun illərdir azad olunmasını gözlədiyimiz şəxslər, o cümlədən sabiq səhiyyə naziri Əli İnsanov, REAL sədri İlqar Məmmədov, gənc fəallar, blogerlər və başqaları var. Ümid edirik ki, budəfəki əfvlə siyahımızdakı insnaların hamısı azalığa qovuşacaq”.



Hüquq müdafiəçisinin sözlərinə görə, onların təqdim etdiyi siyahıda təxminən 20 məhbusun adı var:

“Məndə olan məlumata görə, budəfəki əfv daha geniş tərkibdə olacaq. Həm də bu dəfə müraciətlər daha çoxdur. Yəqin ki, Komissiyanın işləri də artıq yekunlaşmaq üzrədir. Məhbuslarda vəkil vasitəsilə, fərdi qaydada, deputatlar vasitəsilə, hüquq müdafiəçiləri vasitəsilə müraciət edənlər var. Onların arasında həmçinin, Avropa Şurasının müraciəti də var. Çox istərdim ki, gözlənildiyi kimi əfv fərmanı geniş tərkibli olsun və daha çox məhbusa şamil edilsin”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar