Xəbər lenti
Bakıda 20 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz 15-20, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 25-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 25-27-də Abşeron yarımadasında yaz fəsli üçün komfort temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar