Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

İrandan Rusiyaya ŞOK TƏKLİF - Azərbaycanlılar ayağa qalxdı

Tarix: 23-04-2018 16:20     Baxış: 3632 A- / A+
İrandan Rusiyaya ŞOK TƏKLİF - Azərbaycanlılar ayağa qalxdı


İran Rusiyaya fars və rus dili ilə bağlı təklif verib.

Təklifdə Rusiyada fars dilinin, İranda isə rus dilinin “ikinci dil” olaraq tədris olunması qeyd olunur.

İranın rəsmi İRNA agentliyinin məlumatına görə, Moskvaya səfər edən təhsil və tədris naziri Məhəmməd Bethai Dumanın elm və təhsil komitəsinin rəhbəri Vyaçeslav Nikonovla görüşüb.

Bu təklif də görüşdə Bethai tərəfindən Nikonova təqdim olunub.

“İran hökuməti ikinci dil olaraq ingilis dilinin təsirini aradan qalıdırmağı və digər dilləri, xüsusilə rus dilini populyarlaşdırmağı düşünür”, - deyə Bethai bildirib.

Nikonov isə qeyd edib ki, Rusiya bu təklifə isti yanaşır və ölkədə Çin dili ilə yanaşı, fars dilinin tədris etməyi planlaşdırır.

Tehran hökumətinin bu təklifi Cənubi Azərbaycandakı soydaşlarımızın etirazına səbəb olub.

Azərbaycanlılar xüsusilə sosial şəbəkə üzərindən hökuməti tənqid ediblər və “Türk dilində təhsil istəyirik” şüarlarını paylaşıblar. Ekspertlər bu təklifin İran əhalisinin yarısından çoxunu təşkil edən azərbaycanlıların daha sərt reaksiyasına səbəb olacağını hesab edirlər.(publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar