Xəbər lenti
Rusiya Ermənistana yüzlərlə zirehli texnika göndərir - VİDEO

Rusiya Müdafiə Nazirliyi Ermənistandakı 102-ci baza və Xəzər donanması da daxil olmaqla cənub istiqamətinə 350 vahid yeni hərbi texnika göndərir.
Manevr.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı bildirir.
Məlumata əsasən Cənub hərbi dairəsinin qoşun hissələri hərbi texnika parkının yenilənməsi çərçivində ilin sonuna qədər 350 vahid təyyarə, gəmilər, tanklar və digər zirehli texnikalar alacaq.

Konkret olaraq Rusiya Hava-Kosmik Qüvvələrinin Rostov, Kuban və Krımdakı bazalarına 30 vahid yeni, o cümlədən modernləşdirilmiş Su-30SM qırıcıları və Ka-52 zərbə vertolyotları alacaq.
Qara dəniz və Xəzər donanmalarına 20 vahid gəmi, kater və təchizat gəmiləri daxil olacaq. Quru qoşunları hərbi texnikasının böyük əksəriyyəti, yəni 300 vahidə yaxın texnika isə Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiyadakı, habelə Ermənistandakı hərbi bazalarına göndəriləcək.

Xatırladaq ki, Rusiya durmadan Ermənistandakı hərbi bazasını və Xəzər donanmasını gücləndirir. Bu ilin əvvəllərində İrəvan yaxınlığındakı Erebuni hava bazasına onlarla zərbə vertolyotu və Miq-29 qırıcıları yerləşdirilib. Habelə Gümrüdəki 102-ci bazanın arsenalı gücləndirilib. İlin əvvəllərində məlum olmuşdu ki, prezident Vladimir Putin NATO-nun cənub cinahında yerləşən 102-ci bazanın əlavə qoşun hissələri və hərbi texnika ilə gücləndirilməsini əmr edib.(A24.az)
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar