Xəbər lenti
Ermənistanda köhnə komanda sülhü daha əlçatmaz edəcək - MÜHARİBƏ TƏHLÜKƏSİ
Bakının İrəvanla Qarabağ danışıqları aparması üçün zəif əsaslar da aradan qalxır; rusiyalı politoloq: “Bu addım Ermənistanın özünə qəsdi olar...”
Qlobal güclər arasında geosiyasi rəqabətin şiddətlənməsi, “soyuq savaş”ın geri qayıtması, şübhəsiz ki, dünyanın münaqişəli bölgələrində, o cümlədən Cənubi Qafqazda həll olunmamış konfliktlərin aqibətində özünü göstərə bilər. Dağlıq Qarabağ ixtilafı da istisna deyil. Məsələ də ondadır ki, Suriya məsələsində bir-birinə rəqib olan Rusiya və ABŞ Qarabağ probleminin həllinə məsul edilmiş ATƏT-in Minsk Qrupunun iki əsas həmsədridir. Yəni vasitəçilərdir.
Məlumdur ki, Rusiya Cənubi Qafqazı özünün şəriksiz maraqlar zonası, hətta “arxa bağça” hesab edir. Dağlıq Qarabağ konfliktinin uzanmasının bir səbəbi də budur. Moskva bu yolla Azərbaycan və Ermənistanı özündən asılı durumda saxlayır, onları Qərbə doğru, Qərb siyasi-hərbi bloklarına doğru inteqrasiyasını əngəlləyir. Lakin nə vaxtadək? Suriya böhranı , son olaraq, ötən bazar ABŞ-ın Bəşər Əsəd rejiminin obyektlərini bombalaması da göstərdi ki, münaqişələrin dinc həllinin uzanması nəinki böyük hərbi qarşıdurmanı, üstəlik, fövqəlgüclərin toqquşma ehtimalını labüd edir.
*****
Bəs Qarabağ ixtilafı, nəhayət, böyük və vasitəçi güclərin əməkdaşlıq mövzusu olacaqmı, yoxsa burada da müharibə və qarşıdurma qaçılmaz olacaq? Siyasi təhlilçilərin bu yöndə təxmin və şərhləri müxtəlifdir.
“Qarabağda vəziyyətin kəskinləşməsini gözləmirəm. Hələ vaxtı gəlməyib. Ola bilsin ki, heç gəlməyəcək də. Düşmən xaricdədir. Geosiyasi nöqteyi-nəzərdən konflikti daxildən qızışdırmaq axmaqlıq olardı əgər bu konfliktdə dərhal və regionun istənilən dövləti üçün neqativ nəticə ilə dünyanın az qala, yarısı iştirak edəcəksə”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu rusdilli Vesti.az saytına açıqlamasında Rusiyadakı siyasi və sosial texnologiyalar laboratoriyasının rəhbəri, politoloq Alesksey Nejivoy deyib. Onun sözlərinə görə, regional dövlətlərdən heç birinə Cənubi Qafqazda “ikinci Suriya” lazım deyil: “Üstəlik, ”birinci Suriya" elə də uzaqda deyilsə".
Ekspert işğalçı ölkənin son vaxtlar Rusiya və Qərb (Avropa) arasında var-gəl eləməsi, “iki stulda oturmaq” siyasəti və belə siyasətin mümkün nəticəsi haqda da danışıb. “Ermənistan müstəqil deyil ki, Qərbə tərəf getsin. Bu, onun özünəqəsdi demək olar”, - deyə o, faktiki şəkildə rəsmi İrəvana xəbərdarlıq edib.
*****
Ermənistanda isə artıq sabiq prezident sayılan Serj Sərkisyanın indi də baş nazirliyə keçmək istəməsi ilə bağlı etirazlar başlayıb. Sabah - aprelin 17-də parlamentin fövqəladə toplantısında yeganə olaraq onun namizədliyi müzakirəyə çıxarılacaq. Məsələ də ondadır ki, İrəvanın son illər tərcih elədiyi “iki stulda oturmaq” siyasəti məhz Sərkisyanla bağlıdır. Başqa sözlə, Serj Sərkisyan indi də yeni baş nazir kimi, işğalçı ölkənin əsas səlahiyyətli şəxsi olacaqsa, - buna şübhə edən azdır, - o zaman Qərb və Rusiya ilə ikili oyunlar davam edəcək. Demək ki, Ermənistanın “özünə qəsdi”, “siyasi intiharı” da istisna deyil.
Dağlıq Qarabağ probleminin perspektivinə gəlincə, əfsus ki, Sərkisyan rejimi, daha doğrusu, “Qarabağ klanı” Ermənistanda iş basınca qaldıqca, dinc həll yolundan, böyük sülh sazişinə dair konstruktiv danışıqlardan söz açmağa dəyməyəcək. Ermənistanda köhnə komandanın hakimiyyətdə qalması sülhü daha əlçatmaz edəcək - əlbəttə ki, Rusiya öz satellitinə ciddi təsir etməyəcəyi müddətdə. Moskva isə hələ ki, buna hazırlaşmır. Belə görünür, mövcud status şimal qonşumuzu da qane edir.
Belədə Azərbaycanın danışıq xətrinə danışıq aparmasının mənası və məntiqi qalmır və yəqin ki, rəsmi Bakı 11 aprel prezident seçkilərindən sonra bu qəbildən növbətçi təmaslara daha az maraq göstərəcək. Təbii ki, sülhün gecikməsi avtomatik olaraq müharibə riskini artırmaqda davam edəcək. Bir sıra ciddi hərbi və siyasi ekspertlər isə Qarabağ münaqişəsi zonasında geniş miqyaslı hərbi əməliyyatların istənilən an qızışa biləcəyi barədə xəbərdarlıqlar ediblər... (musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar