Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev əvvəlki seçkilərdə nə qədər səs toplamışdı?

Tarix: 12-04-2018 14:01     Baxış: 3245 A- / A+
İlham Əliyev əvvəlki seçkilərdə nə qədər səs toplamışdı?


Ötən gün Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyev növbəti dəfə prezident seçildi. O, etibarlı bülletenlərin 92,2 faizinin nəticəsinə əsasən, 86 faiz səs toplayaraq, seçkinin lideri oldu. Bu, İlham Əliyevin prezident seçkilərində 4-cü qələbəsidir. Azərbaycan prezidenti daha əvvəl 2003, 2008 və 2013-cü illərdə keçirilən seçkilərdə qalib gəlmişdi.
Bəs Prezident İlham Əliyevin əvvəlki seçkilərdəki nəticələri necə olub?
İlham Əliyev ilk dəfə 2003-cü ildə keçirilən prezident seçkilərində namizəd olub. Həmin seçkilərdə onun rəqibləri Bizim Azərbaycan Blokundan İsa Qəmbər, Vahid Azərbaycan Milli Birlik Partiyasından Lalə Şövkət, Azərbaycan Milli İstiqlal Partiyasından Etibar Məmmədov, Ədalət Partiyasından İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasından Sabir Rüstəmxanlı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev olub.
İlham Əliyev seçicilərin 76 faizinin səsini toplayaraq, inamlı qələbə qazanıb.
2008-ci ildə baş tutan prezident seçkilərində 7 namizəd mübarizə aparıb. Həmin seçkilərdə İlham Əliyev Ümid Partiyasından İqbal Ağazadə, Böyük Quruluş Partiyasından Fazil Mustafayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev, bitərəf namizəd Qulamhüseyn Əlibəyli, Liberal-Demokrat Partiyasından Fuad Əliyev və Müasir Müsavat Partiyasından Hafiz Hacıyevi geridə qoyaraq, 87,34 faiz səslə birinci olub.
İlham Əliyev 2013-cü ildə 84,54 faiz səslə prezident seçilib. Həmin seçkilərdə 10 namizəd – İlham Əliyev, Cəmil Həsənli, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Zahid Oruc, İlyas İsmayılov, Araz Əlizadə, Fərəc Quliyev, Hafiz Hacıyev və Sərdar Məmmədov iştirak edib.
Qeyd edək ki, dünən keçirilən prezident seçkilərində seçicilərin 92,2 faizinin səsinin nəticələrinə görə, İlham Əliyev 86 faiz, Zahid Oruc 3.11 faiz, Qüdrət Həsənquliyev 3.04 faiz, Sərdar Məmmədov 3.02 faiz, Hafiz Hacıyev 1.51 faiz, Araz Əlizadə 1.39 faiz, Fərəc Quliyev 1.18 faiz, Razi Nurullayev 0.75 faiz səs toplayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar