Xəbər lenti
Binəli Yıldırım İlham Əliyevi təbrik edib

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, Əziz Dostum.
Aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırıram.
Dost və qardaş Azərbaycan xalqının iradəsini əks etdirən bu seçkilərin şəffaflıq və etimad şəraitində keçirilməsindən məmnunluq duyuruq.
Qardaş Azərbaycanın sabitlik, əmin-amanlıq və rifah içində yaşayan ölkə olaraq inkişaf etməsində liderliyinizin rolu şübhəsiz ki, böyükdür.
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda dərinləşərək irəliləməsindəki liderlik rolunuzun davam edəcəyinə və qarşılıqlı münasibətlərimizin qardaş xalqlarımızın xeyrinə olaraq daha da yüksək səviyyəyə çatacağına inamım qətidir.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləklərimi, qardaş Azərbaycanın rifahı və sabitliyi naminə ən səmimi arzularımı çatdırıram".
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar