Xəbər lenti
Neft Fondu 5 ilə qazandığını 1 gündə itirdi - Həm də ikiqat
Son iki gündür Rusiya iqtisadiyyatında kəskin təlatümlər müşahidə olunur. Amerikanın rusiyalı dövlət rəsmilərinə, siyasətçilərə və dövlət başçısına yaxın olan bir çox oliqarxa tətbiq etdiyi sanksiyaların təsiri Rusiya iqtisadiyyatında 2017-ci ilin əvvəlindən müşahidə olunan stabil durumu daha da kəskinləşdirib, nəticədə Rusiya fond birjası çöküb.
Manevr.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya iqtisadçı-ekspert Zamiq Şükürov qısa şərhində bilirib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, 2 gün ərzində rusiyalı oliqarxların sanksiyalar nəticəsində itkisi 15 milyard ABŞ dollarından artıq olub, "Mosbirja”da oliqarxlara məxsus şirkətlərin səhmləri kəskin ucuzlaşıb, hətta "Rusal" şirkəti texniki defolta yaxınlaşıb.
"Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhmdarları sırasında olduğu Rusiyanın ən böyük banklarından biri olan VTB Bankın prezidenti Andrey Kostinin Amerikanın sanksiya siyahısına düşməsindən sonra bankın səhmləri "Mosbirja” da 10%-ə qədər ucuzlaşıb. VTB Bankın səhmlərinin ucuzlaşması nəticəsində ARDNF-in səhmlərin dəyərində bir gün ərzində 50 milyon ABŞ dolları həcmində itki olub. Rusiyada birjaların çökməsi fonunda bu itkilərinin daha da artacağı qaçınılmazdır.
Məlum olduğu kimi, ARDNF 2013-cü ildə Bank VTB-nin (Rusiya) səhmlərinin 2.95 faizini əldə edib. Səhmlərin dəyəri 500 milyon ABŞ dolları təşkil edib. ARDNF-in son bir neçə ildə VTB Bankdan əldə etdiyi dividendin həcmi 1,2 mld rubl (təqribən 25,3 milyon ABŞ dollar) təşkil edib" - deyə ekspert bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar