Xəbər lenti
Azərbaycanlı milyonçu: "Məni siyasi sığınacaq almağa məcbur edirlər"
Hazırda Fransanın Nitsa şəhərində yaşayan azərbaycanlı milyonçu Telman İsmayılov uzun fasilədən sonra Rusiya KİV-ə müsahibə verib.
Manevr.az xəbər verir ki, Fransaya sığınma səbəbləri, qardaşının həbsi, Rusiyaya qayıtmaq istəyindən danışan milyonçu bir sıra maraqlı məqamlara da toxunub.
Müxbirin "Niyə indi müsahibə vermək qərarına gəldiz?” sualına İsmayılov belə cavab verib: "Uzun vaxtdı ki mətbuatda görünmürəm. Ümumiyyətlə, populizmi sevmədiyimdən müsahibə verməyi də xoşlamıram. Sadəcə indi hamıya bildirmək istəyir ki, sağ-salamatam. Sağlamam, ağlım başımdadı”.
Milyonçu ona və qardaşına qarşı qaldırılan cinayət işindən danışıb. O bildirib ki, istintaqın əlində heç bir sübut yoxdur: "Mehman Kərimov adlı şəxs istintaqla əməkdaşlığa gedərək, mənə və qardaşıma qarşı saxta itihamlar irəli sürüb. Əminəm ki, onu buna məcbur ediblər. Mən ittiham aktını oxumuşam. Orada heç bir sübut-filan yoxdu. İnanıram ki, yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək, bütün sular durulacaq. Onda hamı biləcək ki, əsl günahkar kimdir. Mənim reputasiyama ciddi zərbə vurdular. Xüsusən də Rusiya KİV-i - telekannalar haqqımda ağızlarına gələni verirdilər. Amma bir gün haqq-ədalət üzə çıxacaq”.
T.İsmayılov qeyd edib ki, bu cür təzyiqlərlə onu Fransada siyasi sığınacaq almağa məcbur edirlər: "Amma mən sığınacaq istəməyəcəm. Buna nə vaxtım, nə də istəyim var. Mən bir şeyi istəyirəm: işə obyektiv baxsınlar. Siz başa düşürsüz, onlar qəsdən məni küncə sıxışdırırlar. Məqsədləri də odur ki, sığınacaq alım. Mən hər şeyə hazıram. İstintaq Komitəsinə üz tuturam, onlara deyirəm ki, yalan detektorundan belə keçməyə hazıram”./lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar