Xəbər lenti
Adamı toyda iştiraka belə məcbur edirlər - Millət vəkili
Müasir Azərbaycanda milli adətlərimizin içində ən maraqlısı toya dəvət etmə proseduru sayıla bilər.
Manevr.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, dəvətnamədən sonra da insana gedib-getməmə seçimini vermək istəmirlər:
"Adam dəvətnamə göndərir və ya şəxsən özünə təqdim edir və toy günü bir də zəng edir ki, bəs kiminlə oturmaq istəyirsiniz. Ötənlərdə bir uzaq tanışım zəng edib ki, bəs bu gün qızımın toyudur, bilmək istədim dəvətnamə sizə çatıb, yoxsa yox; bir də bilmək istərdik ki, harada və kiminlə oturmaq istəyirsiniz?
Adama xatırladıram ki, bir həftə öncə filan tədbirdən çıxanda dəvətnaməni şəxsən özünüz mənə vermisiniz, dəvətnamə yerə də düşməyib, məndən başqa da yanımızda kimsə olmayıb ki, səhvən ona verəsiniz və s. Oturmağa gəldikdə isə, bizim vəhşi toy məclisində səs terroru o qədər vahiməlidir ki, imkan olsa foyeyə bir stul qoyun orada sakit oturub çaydan-zaddan içərəm".
Millət vəkili vurğulayıb ki, bunun adına nə dəvət, nə "gəlməsən, inciyərik" deməzlər:
"Bu ayıbdır, dur gəl deməkdir. Üstəlik də yas məclisində olduğu kimi, toyunda da saxtakarlıq baş alıb gedən gözəl məmləkətim. Yasda vəzifəli şəxs gələn kimi hamı durub yerini ona verir, toyda da masa imtiyazı nəzərdə tutulur. Toyunda, yasında belə səmimiyyəti itirmiş bir toplumun durumuna acımaya bilmirsən. Bu cür azərbaycansayağı dəvətdən sonra indi gəl şənlən görüm, necə şənlənirsən"./kult.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar