Xəbər lenti
Qənirə Paşayeva qadınlara qarşı zorakılıqdan danışıb
Millət vəkili Qənirə Paşayeva “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” kitabının təqdimatında qadınlara qarşı zorakılıqdan danışıb.
Manevr.az xəbər verir ki, kitab Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və “Konstitusiya” Araşdırmalar Fondunun dəstəyi ilə nəşr olunub.
Millət vəkili çıxışında kitabın müəlliflərini təbrik edib və onun əhəmiyyətini qeyd edərək, universitetlerdə geniş yayılmasını təklifi edib.
Q.Paşayeva Azərbaycan milli qanunvericilik sistemində qadın hüquqlarının qorunması məsələsinə toxunub və bildirib ki, qadın hüquqlarının müdafiəsi hər bir ölkənin inkişafında vacib bir indikatordur:
“Bu istiqamətdə maarifləndirmə materialları, dərs vəsaitləri və topluların nəşr olunaraq ictimaiyyətə təqdim olunması çox önəmlidir. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasəti önəmli yer tutur. Qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə Azərbaycan dövlətinin prioritetləri sırasındadır”.
Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən millət vəkili ölkəmizin bu məsələdə nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə öndə olduğunu vurğulayıb:
“Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçir. Qadınların cəmiyyətdə rolunun genişlənməsinin vacibliyi mövzusunda ziyalı kişilərimiz də qadınlarımızla birlikdə maarifləndirmədə fəal olmaldır. Bu kitabı yazanların yarısının kişi olması çox sevindirici amildir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar