Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qənbər Şəmşiroğlunun İlham Əliyevə MÜRACİƏTİ

Tarix: 05-04-2018 23:17     Baxış: 2815 A- / A+
Qənbər Şəmşiroğlunun İlham Əliyevə MÜRACİƏTİ


Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,
Sizin Azərbaycan mədəniyyətinin, incəsənətinin və xalqımıza məxsus olan dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində atdığınız addımlar ölkə əhalisinin, sənətsevər insanların böyük rəğbəti ilə qarşılanır. Sizin uzaqgörən siyasətiniz və ölkəmizin Birinci xanımı, I vitse-prezidentimiz Mehriban xanım Əliyevanın mədəniyyətimizə sonsuz qayğısı nəticəsində Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi incilər dünya mədəni irsinin tərkib hissəsi kimi qorunur və ən ali şəkildə təqdim olunur.
Muğamlarımız, aşıq sənətimiz, milli musiqi incilərimiz, dastanlarımız Azərbaycan xalqının mədəni sərvəti kimi ölkəmizdə qonaq olan hər bir kəsin zövqünü oxşayır, onlarda Azərbaycanımızla bağlı unudulmaz təəssüratlar oyadır.
Cənab Prezident,
Milli-mənəvi dəyərlərimiz, o cümlədən də ozan-aşıq mədəniyyətimiz Ulu Öndərimiz Heydər Əliyevin də daima diqqəti və qayğısı altında olmuşdur. Siz bu yolun ən layiqli davamçısı kimi humanitar mədəniyyət strategiyasını böyük həssaslıqla diqqətdə saxlayırsınız. Buna örnək olaraq, 2018-ci il 02 aprel tarixində “Aşıq Şəmşirin anadan olmasının 125-ci ildönümünün qeyd olunması” haqqında imzaladığınız sərəncam Azərbaycan mədəniyyətinə, YUNESKO-nun qeyri-maddi irsi kimi qorunan aşıq sənətimizə qayğının bariz nümunəsidir. 15 il öncə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla Aşıq Şəmşirin 110 illiyinin keçirilməsi, bu gün isə ölkəmiz üçün olduqca əhəmiyyətli proseslərin baş verdiyi zamanda Sizin bu sərəncamı imzalamağınız öz siyasi xəttinizə nə qədər sədaqətli olduğunuzun göstəricisidir.
Bu sərəncam Aşıq Şəmşir yaradıcılığını sevənlər, aşıq sənətinin vurğunu olan insanlar, Aşıq Şəmşir irsinin davamçıları, aşığın ailəsi və doğmaları üçün əsl bayram oldu. Belə bir sevinci bizlərə bəxş etdiyinizə görə Zati-alilərinizə aşığın ailəsi, doğmaları, sənətsevər insanlar və bütün Kəlbəcər ictimaiyyəti adından sonsuz təşəkkürlərimi və dərin minnətdarlığımı bildirirəm.
Ulu tanrı Sizi və Sizin simanızda Azərbaycan dövlətini qorusun.
11 aprel tarixində keçiriləcək Prezident seçkilərində Sizə şanlı qələbə arzulayır və bütün Kəlbəcər ictimaiyyətinin, ziyalılarının, ağsaqqallarının Azərbaycanın gələcəyini yalnız Sizin rəhbərliyiniz altında görmək istədiklərini əminliklə bildirirəm.

Dərin hörmət və ehtiramla,

Qənbər Qurbanov
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı
İctimai Birliyinin sədri, Aşıq Şəmşirin oğlu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar