Xəbər lenti
Azərbaycanlı qızın ailəsi hücumdan əvvəl polisə nə deyib?

Ötən gün Yutubun ofisinə hücum edən azərbaycanlı (əslən Urmiyadandır) Nasim Ağdamla bağlı yeni məlumat yayılıb.
Manevr.az xəbər verir ki, qadının ailəsinin öncədən polisi xəbərdar etdiyi məlum olub.
San Bruno Polis Departamentinin rəisi Ed Barberi keçirilən mətbuat konfransında bildirib ki, qadının ailəsi aprelin 2-də polis idarəsi ilə əlaqə saxlayaraq, onun martın 31-dən itkin düşdüyünü deyib. Daha sonra qadın avtomobilində yatarkən müəyyən edilib və o, itkin düşənlərin siyahısından çıxarılıb. Hücumdan öncə Nasim Ağdam atış poliqonuna gedib. Hücum zamanı isə 9 mm-lik tapançadan istifadə edib. Nasim Ağdam avtomobilini Yutub binasının qarajında park edib.
Ağdamın bütün sosial mediadakı hesablarının istintaq çərçivəsində təhlil edildiyini deyən Barberi onun Yutubun siyasətini və fəaliyyətinə qarşı olduğu üçün ofisə hücum etdiyini söyləyib. O, hadisədə başqa bir nəfərin şübhəli olmadığını və istintaqın davam etdiyini qeyd edib.
Qeyd edək ki, Nasim Ağdam Yutubun Kaliforniya ştatında yerləşən binasına silahlı hücum edib və 3 nəfəri öldürüb. Nasim Ağdam özü də ölüb. Onun sonda intihar etdiyi bildirilirdi./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar