Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Sərdar Cəlaloğlu PA-dan ayda 10 min dollar alır” - QALMAQAL

Tarix: 04-04-2018 14:26     Baxış: 2504 A- / A+
“Sərdar Cəlaloğlu PA-dan ayda 10 min dollar alır” - QALMAQAL


Dünən axşam İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin debatının sonunda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevi barəsində ittihamlar səsləndirib.

Manevr.az xəbər verir ki, o, deputatı Azərbaycanı Rusiyanın təsirinə salmaq barədə fikirlər səsləndirməkdə suçlayıb.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən prezidentliyə namizəd, Milli Məclisin deputatı Qürdət Həsənquliyev bildirib ki, Sərdar Cəlaloğlunun ona bu şəkildə hücumu bir neçə səbəbdən ola bilər:

"Bir neçə il öncə o, dəfələrlə qəbuluma gəldi ki, adını çəkmək istəmədiyim, Prezident Administrasiyasında işləyən bir məmur ayda ona 10.000 dollar pul verir, amma o şübhələnir ki, həmin məmur ona pul "atır”. Məndən xahiş etdi ki, bu məsələyə aydınlıq gətirmək üçün ona kömək edim. Mən də dedim ki, bu çox çətin məsələdir, amma çalışaram nəsə öyrənim. Bundan sonra daha bir neçə dəfə gəldi ki, bəs nə oldu?

Onu mənim qapım ağzında boynubükük vəziyyətdə çox adam görüb. Dedim, təəssüf ki, heç nə öyrənə bilmədim. Bundan sonra o, məndən narazı qaldı. Bu hadisədən bir müddət sonra Türkiyə Suriya ilə sərhəddə rus təyyarəsini vurdu və mən həmin olaya münasibət bildirdim. Dedim ki, Türkiyənin buna tam hüququ çatsa da, siyasi baxımdan yanlış qərardır.

Zaman da mənim dediklərimi təsdiq etdi. Amma həmin vaxt bu adam gözləmədiyim halda məni Rusiyayönümlü olmaqda ittiham etməyə başladı. Bunun səbəbi təkcə məndən narazı qalması deyildi.

Türkiyə səfirliyinin keçmiş əməkdaşı Turgut Ər onu PKK lideri Dilanla görüşməkdə ittiham etmişdi və o, keçmişini unutdurmaq istəyirdi.

Üçüncü səbəbi isə ola bilərdi ki, debat zamanı cəsarəti çatmadı ki, mənim kimi desin, torpaqlarımızın işğalının arxasında Rusiya dayanıb.

Eyni zamanda onun Türkiyə ilə konfederativ dövlət yaradacağı açıqlaması ciddi insanlar arasında gülüş doğurmuşdu.

Mənim də deməyim ki, Razi bəyin Pakistanın nüvə silahını Azərbaycana gətirəcəyi nə qədər realdırsa, Sərdar bəyin də Konfederasiyası o qədər realdır, bu,ola bilsin ki, onu qıcıqlandırdı.

Artıq kimsə onu başa salmışdı ki, bu təkliflə özünün qeyri-ciddi adam olmağını təsdiq edib. O da mənə hücum edəndə demədi ki, mən niyə konfederasiyaya qarşıyam. Dedi ki, guya mən Türkiyə Azərbaycan dostluğuna qarşıyam”.

Prezidentliyə namizəd Q.Həsənquliyev qeyd edib ki, o, Qarabağ savaşında qardaş Türkiyə ilə bağlı xalqımızda illüziya yaradılmasının əleyhinədir:

"Mən deyəndə ki,Türkiyə Kəlbəcərdən dinc sakinlərin çıxarılması üçün Elçibəyə iki mülki vertalyot verməyib, məni düz danışmamaqda ittiham edirdilər.

Sonra İsgəndər Həmidov sağ olsun, Elçibəyin videomüsahibəsini yaydı, həmin adamlar susdu. Mən deyəndə ki, Qərb Türkiyəni məcbur etdi ki, müharibənin ən şiddətli dönəmində Ermənistana taxılla yardım etsin, yenə heç kim inanmadı. Amma sonra həmin vaxt Türkiyənin xarici işlər naziri olmuş Hikmət Çətin "Kanal D”də bunu açıq söylədi.

Yaxud biz hamımız bilirik ki, Prezident İlham Əliyevin sərt təpkisi olmasaydı, Sürix protokolları icra olunacaqdı.

Futbol diplomatiyasını da heç kim yaddan çııxarmayıb,Türkiyənin Ermənistanla bugünkü ticarət əlaqələrini də. Bütün bunlardan başqa Türkiyə bizə kömək etsəydi, niyə torpaqlarımız işğal olunurdu və 30 ildir işğal altındadır?!

Mən bilirəm ki,Türkiyənin münaqişəyə qatılması Rusiyanın da açıq formada müdaxiləsinə imkan yarada bilər, ona görə də istəyirəm xalqımız hər şeyi açıq bilsin. Biz özümüzə güvənməli və torpaqlarımızı özümüz azad etməliyik. Mənim dediyim budur”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar