Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda müharibə payızda olacaq – Rusiya bitərəfdir

Tarix: 03-04-2018 16:21     Baxış: 2899 A- / A+
Qarabağda müharibə payızda olacaq


“Əgər əvvəl İrəvan yalnız Rusiyaya tabe idisə, indi üç düşərgə yaranıb”

Qarabağ münaqişəsi ətrafında döyüş əməliyyatları 2018-ci ilin payızında başlaya bilər.
Qarabağda müharibə payızda olacaq
Manevr.az-ın məlumatına görə, bu barədə rusiyalı politoloq Oleq Kuznetsov Rusiyada keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı Bakıda keçirilmiş konfransda bildirib.

Politoloq müharibə üçün payızın seçilməsini dağlıq ərazilərin qışda və yayda müharibə üçün əlverişsiz olması ilə izah edib. Oleq Kuznetsov Rusiyanın bu müharibəyə münasibətinin Ermənistanda hansı qüvvələrin aparıcı olmasından asılı olacağını vurğulayıb. Onun sözlərinə görə, Ermənistan Rusiyadan uzaqlaşdıqca Rusiyanın da ona dəstəyi azalacaq.

Politoloqun fikrincə, Ermənistanda hazırda Rusiyanın məğlubiyyəti yaşanır: “Kreml İrəvan üzərindəki əvvəlki təsirini itirməyə başlayıb… Əgər əvvəllər Rusiyapərəst qüvvələr aparıcı idilərsə, indi durum dəyişir, bu, müxtəlif ölkələrdən gələn maliyyələşmə ilə bağlıdır”.

Qarabağda müharibə payızda olacaq

Kuznetsov qeyd edib ki, hazırda Ermənistanda bir neçə siyasi düşərgə – Avropa yönümlü, Amerika yönümlü və Rusiya yönümlü düşərgələr yaranıb: “Hazırda Ermənistan üzərində nəzarətin artırılması məqsədi ilə siyasi sərmayələr obyektinə çevrilib və əsas vəzifələrə gözlənilən adamlar gətirilmir”.

“Avropa sərmayələri keçmiş Böyük Britaniya vətəndaşı Armen Sarkisyanın prezident seçilməsi ilə möhkəmlənib. Amerika sərmayələrinin alınması üçünsə hökumətin və ya maliyyə nazirliyinin başında ABŞ-ın adamının olacağı gözlənilir”,- deyən O.Kuznetsov bildirir ki, Rusiya da öz adamını – Karen Karapetyanı baş nazir təyin etdirmək istəyir.

Lakin Ermənistandakı vəziyyət onu göstərir ki, hakim Respublika Partiyası heç də Karen Karapetyanı baş nazir görmək niyyətində deyil. Hakimiyyətdə olan Qarabağ klanı Serj Sarkisyanı baş nazir görmək istəyir. Təbii ki, baş nazir Sarkisyan seçilərsə, Rusiya mümkün Qarabağ müharibəsində laqeyd qala bilər. /İstiPress/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar