Xəbər lenti
Kəlbəcərin işğalı və aprel döyüşləri ilə bağlı XİN-dən bəyanat - VİDEO

Kəlbəcərdəki qızıl yataqları Ermənistan tərəfindən istismar olunur. Halbuki bu mineral sərvətlər Azərbaycana məxsusdur. Xarici İşlər Nazirliyinin Kəlbəcərin işğalı və aprel döyüşlərinin ildönümü ilə bağlı yaydığı bəyanatda ermənilərin digər qanunsuzluqlarından da bəhs olunur.
Ermənistan heç bir hüquqi sənəd olmadan Kəlbəcərin mineral resurslarını istismar edir, abidələr məhv olunur və erməniləşdirilir. Xarici İşlər Nazirliyinin Kəlbəcərrayonunun işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanatında belə deyilir.
Bəyanatda qeyd olunur ki, 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu işğal olunub. Nəticədə 60 000-nə yaxın Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb.
Hikmət Hacıyevin sözlərinə görə 2016- cı ilin aprel ayında düşməninyenə təxribat törətməsi onu göstərdiki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir.
Bəyanatın sonunda vurğulanıb ki işğala əsaslanan mövcud status-kvo vəziyyətinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar