Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva Dünya Autizm Günü ilə bağlı tədbirdə cəmiyyətə çağırış edib

Tarix: 02-04-2018 16:07     Baxış: 3295 A- / A+
Qənirə Paşayeva Dünya Autizm Günü ilə bağlı tədbirdə cəmiyyətə çağırış edib


Qənirə Paşayeva Dünya Autizm Günü ilə bağlı tədbirdə cəmiyyətə çağırış edib

Millət vəkili Qənirə Paşayeva Dünya Autizm Günü və ayı ilə bağlı Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə çıxışında autizmli uşaqlar üçün xüsusi bir dövlət mərkəzinin yaradılmasına ciddi ehtiyac olduğunu bildirib.

O, bildirib ki, belə uşaqların cəmiyyətə daha yaxşı inteqrasiyası üçün həmin mərkəzdə uşaqlar pulsuz, dövlət hesabına peşəkar mütəxəssislər tərəfindən lazımi dəstəyi alarsa, onlarla gözəl balalarımızın gələcəyini xilas edə bilərik. O, autizmlə bağlı ailələrin, cəmiyyətin geniş maarifləndirilməsi, peşəkar kadrların hazırlanması məsələsinə də böyük önəm verməliyik deyib.

Q.Paşayeva maarifləndirmə məsələsində hamımızın, o cümlədən KİV-lərimizin də üzərinə böyük bir missiya düşdüyünü deyib. "Bu xəstəliyi dərindən anlamaq üçün sadəcə 20 dəqiqə autizim sindromundan əziyyət çəkən ailənin qonağı olmaq kifayətdir”, – deyən millət vəkili Q. Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında bir sıra xəstəliklərlə mübarizədə ailələrə dəstək istiqamətində bir sıra dövlət proqramlarının həyata keçirilməsi, onların sayının hər il daha da artması, ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın bir sıra xəstəliklərdən əziyyyət çəkən uşaqlara dəstəklə bağlı həyata keçirdiyi çoxlu sayda layihələr barədə danışaraq autizmli uşaqlarla da bağlı dövlət dəstəkli işlərin çoxalacağına inandığını vurğulayıb: "Autizmlə bağlı cəmiyyətin geniş maarifləndirilməsinə ciddi ehtiyac olduğunu deyən millət vəkili Qənirə Paşayeva ilk öncə ailələrin bununla bağlı geniş maariflənidirilməsinə ciddi ehtiyac var. Ailələr uşaqlarında autizmin olduğunu zamanında bilsələr, doğru mütəxəssis və həkim yardımı alsalar, bu uşaqların çoxunun gələcəyini xilas etmək olar. Bundan başqa cəmiyyətimizin bu istiqamətdə maarifləndirilməsi həm də ona görə vacibdir ki, insanlarımız hər yerdə bu cür uşaqlara və ailələrə qarşı həssas olmalı, ictimai yerlərdə belə ailələr heç bir zaman hər hansı sərt reaksiya ilə üzləşməməlidirlər.

İnsanlarımız autizmli uşaqların bəzən normadan kənar hərəkətlər edə bildiyindən məlumatlı olmalıdılar”.

Millət vəkili Qənirə Paşayeva KİV-ləri bu maarifləndirmənin daha da genişləndirilməsində geniş rol oynamağa çağırıb. Bütün cəmiyyətimiz bu cür ailələrə dəstək olmalı və onları anlamağa çalışmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar