Xəbər lenti
"Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı növbəti uydurmadır"

Ermənistan XİN-nin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejiminin Sumqayıt hadisələri ilə bağlı bəyanatının guya BMT tərəfindən "rəsmi sənəd" kimi yerləşdirilməsinə dair bəyanatı növbəti uydurmadır.
Manevr.az bildirir ki, bunu trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Haciyev bildirib.
H.Hacıyev deyib: "Ermənistan tərəfi qeyri-qanuni, riyakar və təxribatçı vasitəyə əl ataraq, Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən yayılan məktubun alt əlavələrindən biri kimi qondarma rejimin təqdim etdiyi kağız parçasını əlavə edib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun Sumqayıt hadisələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə təqdim olunan və təkzibolunmaz faktlara əsaslanan bəyanatına cavab olaraq Ermənistan tərəfi bu qeyri-ciddi və gülünc doğuran addıma əl atıb.
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi davamlı surətdə Ermənistanın bu kimi yalanlarını ifşa edir və BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasına Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını beynəlxalq hüquq baxımdan əsaslandıran tutarlı sənədlər təqdim olunur".
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar