Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda İnteraktiv Elm Muzeyi qurulub

Tarix: 29-03-2018 22:43     Baxış: 2451 A- / A+
Azərbaycanda İnteraktiv Elm Muzeyi qurulub


Növbəti tədris ilində fəaliyyətə başlayacaq Hədəf STEM liseyində tədris qabaqcıl ölkələrdə getdikcə kütləviləşən STEM konseptinə əsaslanır. Bu konseptə görə elm, texnologiya, mühəndislik və riyaziyyatın “toxunaraq və edərək”, disiplinlərarası inteqrasiya, təcrübələr və layihələr vasitəsilə öyrədilməsi nəzərdə tutulur.


Manevr.az-ın məlumatına görə, Hədəf STEM liseyindən azərtaca-a bildiriblər ki, muzeyin ideya müəllifi, liseyin qurucusu və direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq təhsil müəssisəsində 200 kvadratmetr sahəsi olan qapalı məkanı muzey üçün ayırdıqlarını söyləyib.

Muzeyin qurucusu və interaktiv təcrübələrin ideya müəllifi, həmçinin muzeyin nəzdində fəaliyyət göstərəcək elmi klubun rəhbəri tanınmış mühəndis Elçin Abbasovdur. O həm də muzeydəki təcrübələri hazırlayır.

Liseyin elmi məsləhətçisi Yalçın İslamzadənin sözlərinə görə, STEM təhsili adı altında bir çox hallarda mühəndislik və texnologiyanın yarandığı zəminin təbiət elmləri, riyaziyyat və informatika olduğu unudulur, sadəcə son mərhələ, bəzi hazır hissələrdən müəyyən layihələr ortaya çıxarmaqla əvvəlcədən bilinən nəticələrə gəlmək üzərində dayanılır, fundamental elmlərin əsas prinsip və qanunlarını dərindən öyrətmək yaddan çıxır. Məhz bu prinsiplərin işləməsini konkret təcrübələr üzərində göstərmək üçün fənn laboratoriyaları ilə birlikdə liseydə elm muzeyinin də qurulması qərara alınıb. Hazır məhsulları alıb muzeydə quraşdırmaq və onları şagirdlərə toxunmadan, uzaqdan nümayiş etdirmək əvəzinə, yerli imkanlarla və dinamik eksponentlər hazırlamağa üstünlük verilib. Beləliklə, şagirdlər dinamik eksponentlərə toxuna, kinematika, dinamika, elektromaqnetizm, termodinamika, optika və digər sahələrdəki prinsipləri və qarşılıqlı çevrilmələri müşahidə edə biləcəklər.

Azərbaycanda İnteraktiv Elm Muzeyi qurulub


Muzeyin birinci mərhələsinin açılışının apreldə keçirilməsi nəzərdə tutulur. Açılış günü və həmin tarixdən etibarən şagirdlər muzeyi ziyarət edə, muzey bələdçisindən təcrübələr, qanunlar və çevrilmələr haqqında məlumat ala bilərlər. Liseyin rəhbərliyi əmindir ki, İnteraktiv Elm Muzeyini ziyarət etmək şagirdlər üçün unudulmaz təcrübə olacaq və onları elmlə daha dərindən maraqlanmağa həvəsləndirəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar