Xəbər lenti
Aida Eyvazlının “Qalibiyyət: şahidlər və şəhidlər” kitabının II cildi işıq üzü gördü
2016-cı il aprel döyüşlərində qəhrəmanlıqla həlak olan şəhidlərin və qazilərin həyatını, həmin döyüş günlərini qələmə alan publisist-jurnalist Aida Eyvazlının (Göytürk) “Qalibiyyət: şahidlər və şəhidlər” kitabının II cildi işıq üzü gördü.
Manevr.az xəbər verir ki, 2 illik əməyin nəticəsi olan kitabın birinci cildi ötən il, Aprel döyüşlərinin 1 illiyi ərəfəsində çap olunmuşdu. Əsər Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin “ Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursaolsun bərpa edəcəkdir” – sözləri ilə başlayır. Aida Eyvazlının Qalibiyyət kitabının II cildinə ön sözü Azərbaycan Milli Məclisinin deputatı, jurnalist-publisist Aqil Abbas yazıb. 448 səhifədən ibarət olan kitabda Aprel döyüşündə həlak olan qəhrəmanlarımızın qısa, lakin şərəfli həyat yolu haqqında onların doğmaları, dostları söhbət açırlar, onların həyatlarının müxtəlif məqamlarından ibarət rəngli şəkilləri də xatirə kimi kitabda yer alıb. Kitabda eyni zamanda aprel döyüşünün iştirakçısı olan qazilərimiz də həmin döyüşlərdə baş verən hadisələri şahid kimi danışıblar. “Qalibiyyət: şahidlər və şəhidlər, II cild” kitabında aprel döyüşlərindən, başqa həm də Azərbaycan folklorunun inciləri olan bayatılar anaların dilindən onların ağrıları kimi istifadə edilıb. Oxucular eyni zamanda, Azərbaycanın kəşməkeşli tarixi, müxtəlif zamanlarda ermənilərin və onları dəstəkləyənlərin Vətənimizə qarşı törətdiyi qanlı hadisələrin tarixi ilə , Milli Ordumuzun ağır və şərəfli bir sahəsində çalışan əfsanəvi xüsusi təyinatlıların , əsgərlərin həyatlarının maraqlı məqamları ilə tanış ola biləcəklər. Kitabda həm də ermənilərin bu günə qədər öldürdüyü uşaqlar barədə də materiallar öz əksini tapıb. Xüsusi Təyinatlı hərbi birləşmələrin iş prinsipi barədə maraqlı məlumatlar əladə edəcəklər. Kitabda eyni zamanda Aida Eyvazlı Göytürkün şəhidlərın ömür yoluna həsr etdiyi şerləri və türk dünyasının qəhrəmanlıq tarixindən, ilk dövlətçiliyindən bəhs edən “Ötükən və Kür Şad” dastanını da yer alıb. Bu dastan aprel döyüşünün qəhrəmanlarının xatirəsinə bir ehtitamdır. Kitab “Mütərcim” nəşriyyatında işıq üzü görüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar