Xəbər lenti
Məşhur aparıcıların efirdəki səhvləri - SİYAHI
Bu gün Milli Teleradio Şurasında ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair konfrans keçirilir.
Hesabatda ədəbi dil qaydalarını pozan aparıcıların siyahısı təqdim olunub.
"Öz aramızda"nın aparıcısı Zaur Baxşəliyev 29.05.2015 tarixindəki verilişdə ədəbi dil qaydalarını pozur:
"Bu studiyaya müraciət edənlərin böyük (böyüx) əksəriyyəti etinasızlıqdan, diqqətsizlikdən, Qasım müəllim, siz təsəvvür eləyin, siz özünüz nə qədər seyr eləmisiz ki, studiyamıza gələn insanlar olur ki, hansı ki, eşitmə qüsurlu nə qədər insanlar var".
""Öz aramızda" - Zaur Baxşəliyev - 29.05.2015 (saat 18:45:17) - Biz davam eliyirik (eliyirix)".
"Qadına görə" - Vüsalə Əlizadə - 16.10.2015-12:11:43 - Səhər tezdən evdən çıxır, ta sübdənnən (sübhdən) axşama kimi iş başındadır".
"Həkimsən" - İlhamə Bədəlova - 13.10.15 -12:23:24 - Buyün (bu gün) bir çoxları səhv başa düşür. Biz məsləhət görürük ki, piylənmədən əziyyət çəkən insanlar buyün (bu gün) bariatrik əməliyyata müraciət eləsin".
Hesabatda leksik normaları pozan aparıcıların adları da qeyd olunub:
"Sən tək deyilsən"- Xoşqədəm Hidayətqızı - 09.09.15- 16:29:38 - layiq olduğu sayğı".
"Günə baxan"- Elgiz Əkbər- 15.10.15- 10:01:57- yenilik acısından edirik bunu, yoxsa..."
"ATV xəbər" - Turan İbrahimov- 28.05.2015- 08:04:14- Bakı Ali Neft Akademiyasında (Məktəbində) həyəcanlı anlar yaşandı. Partlayış güclü yanğınla müşahidə (müşayiət) olundu.qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar