Xəbər lenti
“Təşəkkürlər, Əli müəllim. Susmadığınız üçün!” – Millət vəkilindən növbəti sensasion yazı
Saakaşvili müxalifətdə olarkən rəqibləri tərəfindən ona qarşı amansız ssenarilər hazırlanıb, planlar qurulub. Adi misal: “Mişa”nın mitinqinə bir gün qalmış - tərəfdaşlarına gecə saat 2-də telefon zəngləri edilir. Təbii, iqtidar tərəfdən. Amma müxalifət adı ilə. Ki, bəs sabah aksiyaya mütləq gəlmək lazımdır, gəlməyən namərddir, nakişidir, şərəfsizdir. Gecə 2-də evinə zəng olunan və psixoloji sarsıntı keçirən adamların isə cavabı belə olur: “Bu vaxt adama zəng edərlər, gəlməyənə söyüş qoyarlar? Ümumiyyətlə heç gəlmirəm. Səni dəstəkləyən də belə-belə olsun, mitinqinə gələn də..”.
Eyni taktikanın fərqli alternativini Ukrayna iqtidarı 2010-da Yuşşenkoya qarşı tətbiq edib. Müxalifətin aksiyasına 9 saat qalmış mobil operatorla danışığa gedilərək müxalif liderin və onun köməkçilərinin nömrəsindən (saxta dublikatdan) bütün tərəfdaşlara sms ünvanlanır: “Sabah iqtidarın təxribat hazırlığı var, hamınızı xəbərdar edirəm, hətta ola bilər daha qorxulu hadisələr yaşansın, ona görə ehtiyatlı olun. Nömrə bağlı olacaq. Başqa əlaqə vasitələri ilə məlumatlar veriləcək”...Yazılır və nömrələr bloklanır.
Sonuncu nümunə: Demokratiyanın “bəh-bəh” nümayəndəsi kimi təqdim edilən Merkel 2013-də əsas rəqibi Peer Staynbrüka qarşı ağlagəlməz aksiya fəndi qurur: Müxalif liderin anasının və bacısının olduğu avtomobil zirvə mitinqinə 6 saat qalmış naməlum şəkildə qəzaya uğrayır, yalandan onların vəfat etmə xəbəri yayılır, media manşetlərinə ötürülür, Staynbrükun mətbuat xidmətinin adından mitinqin təxirə salınması ilə bağlı saxta press-relizlər yayılır...
Və...nəticə: O boyda haqq-hesabdan sonra Saakaşvilinin mitinqinə 70, Yuşşenkonun mitinqinə 85, Staynbrükun mitinqinə isə 170 min insan qatılır.
***
İndi sual vermək istəyirəm: Mövcud iqtidar bunların hansı birini edib, öz rəqiblərinə? Mitinqin alınmaması, müxalif kütlənin fiaskosu xalqın mütəşəkkil formada narazı olduğu məkanlarda mümkündür yoxsa yox? Və ya, dünyada mövcud olan iqtidarlar yüz yox, min əngəllər yaratsın - xalqın nəfəsliyini, azadlığını, əlini-qolunu bağlaya bilərmi? Yox, təbii. Bariz nümunələri də yuxarıda yazmışam.
Ulu Öndər Heydər Əliyev qardaşının yas mərasiminə gələr-gəlməz hava limanında terrorla üzləşdi, son anda faciədən qurtuldu. Naxcıvandakı evi, iş yeri aylar uzunu qeyri-rəsmi mühasirədə saxlanıldı. Tərəfdarlarının, silahdaşlarının hər anı, hər saniyəsi ölüm idi. Məgər o müxalifətdə olarkən ayağının altına xalça sərmişdiniz, yollarına gül-çiçək düzmüşdünüz? İndi hansı haqla deyilə bilər ki, bizə şərait yaradılmır, azad söz haqqımız tanınmır? Əvəzinizə mitinqə adammı çıxardaq, plakatmı yapışdıraq, təbliğatmı quraq? Siz axı söz deyil, söyüş azadlığı istəyirsiz. Və nə qərib, hətta bu imkan belə əlinizdə. Fürsətiniz olsa baş kəsmə azadlığına qədər yol qət edərsiniz. Arzu, məhz budur! Ya da olsun müxalif “lider”in açıqlamasından bir çıxarış: “Filan icra başçısı bizi bəyənmir, gözü götürmür.” Bəyənməyəcək, təbii. Prezidentin təyin etdiyi, ona sadiq insan necə bəyənsin sizi? Hə, qanunun aliliyi, hamı üçün bərabərliyi öz yerində - amma bəyənməmək də nədir? Bəyənməkmi zorundadırlar?
“Meydan Tv”-nin paylaşımıdır, son mitinqdən 1500 nəfərlik kontingent görüntüsü. Bunu “SƏS” qəzeti, “Yeni Azərbaycan” qəzeti, “Xalq” qəzeti demir, məhz “Meydan Tv” deyir. Üstəlik, bununla belə “Məhsul”u bəyənmirsiniz. Ki, uzaqdı. Oysa, şəhərin tam mərkəzidir. Harasıdır uzaq? Metronun düz yanı, bütün istiqamətlərdən gəliş-gediş imkanı. Demək, problem məkan deyil, siz özünüzsünüz. Sevənləriniz olsa vallah-billah, gedib Gədəbəydə də qoşularlar sıralarınıza, nəinki Yasamalda. Amma alınmır. Alınmır ki, alınmır. Zorlamaqla deyil.
Heydər Əliyev gecə saat 2-də insanları Prezident Aparatının qarşısına çağırarkən internetmi vardı, sosial şəbəkəmi vardı? Yox, əzizlərim, heç mobil telefon belə yox idi. Amma 5 nəfər oyaq adam 50-sinə dedi, 50-si yüzünə, yüzü mininə, mini on mininə və..beləcə 2 saat içində 50 min adam “Azneft” meydanından üzü yuxarı qələbəlik yaratdı. Çağırışa dəstək budur. Liderə inam, ehtiram budur!
İşdə, otağımda tez-tez Heydər Əliyev haqqında kitabları vərəqləyirəm. 10-dan 9-unun ön sözünü Cəmil Həsənli yazıb. Ardınca isə ilk xoş kəlmələr Gülçatayın dilindən səslənib. Nə baş verir bəs? “YAP”ın mitinq tribunası nəyin və hansı hadisələrin hesabına anidən “Milli Şura”nın tribunasına transfer olur?. Bir millət vəkili mandatı bu qədərmi sehrə sahibdir? Üstəlik, daha bir kuryoz var: Həsənlinin öz keçmişindən imtina etməməsi. Yəni, demir səhv eləmişəm, indi doğru yoldayam. Yox, demir. Çünki desə 60 yaşa qədər formalaşa bilmədiyini özü etiraf etmiş olacaq. Gülçatay isə bütün icra başçılarının yadında “torpaq xahişi” edən biri kimi yadda qalıb. Adamın əlindəki mülklərin sayı Parlamentdə səs verdiyi qanunların sayından daha çoxdur. Kərimli də ki...heç. İbrahim Vəliyev, Fuad Mustafayev kimi insanların qədrini bilməyən biridir, dost satmaq üzrə olimpiya rekordçusudur.
Tribunada bu üçlük varkən, mitinqə adam gəlməyəcək. Hətta dərdi olan da gəlməyəcək. Borcdan, kreditdən boğulan, ailəsinin maddi ehtiyaclarını ödəyə bilməyən, ölmək, intihar etmək istəyən də gəlməyəcək. Çünki mövcud iqtidara hansı rakusrdan baxırsansa bax, müxalifətdən milyon dəfə daha yaxşıdır, daha üstündür. Ona görə.
Zaman-zaman bunların fitnəsinə bəzi səfirliklər, diplomatik korpusun nümayəndələri belə uydu. Xatırlayırsınızsa görüş olmuşdu. Separat. O zaman gizlin mətləblər açıldı, birini də mən açım: Təklif vardı ki, 4 Partiya nazir və nazir müavinlərinin siyahısını versin. Guya post-Əliyev dövrü üçün. 76 adamın adını verə, toplaya bilməmişdilər. Təsəvvür edirsinizmi? 76 nəfərin! Çünki kadr yoxdur. Kadr bankında ancaq söyüş makinasının lokomotivləri əyləşib.
Mənim dəstəklədiyim iqtidarın Zakir Həsənov, Ramil Usubov kimi nəhəng nazirləri var. Göstərin, onların 1 faizi olacaq alternativləri. Göstərə bilmərsiz! Yoxunuzdu. O qədər kasadsınız ki, Quldurxan adında nanəcibə, Gülçatay kimi riyakara belə nazir postu sözünü vermisiniz. Bax o qədər endiniz, düşdünüz, adiləşdiniz.
Yekə bəylərdən biri debatları müzakirəyə çıxarıb. Ay zəifdir, maraqsızdır, alternativsizdir və s. Maraqsızdı, gəlib maraqlı edəydin, həftədə ən az 3 dəfə ən pik saatda xalqa müraciət ünvanlayaydın, belə bir imkandan yararlanaydın, fikrini söyləyəydin, insanları inandıraydın. Mən də deyirəm, sən maraqsızsan, müxalif sözü manapoliyaya almısan, partiyanın möhürünü ümummüxalifətin möhürü zənn edirsən. Vecinə gəlir? İnanmıram. Biz də elə. Ona görə danış, ürəyin istədiyi qədər. Amma, tələsmə.
Qarşıda hələ daha 7 il var. O dövrə də nəsə saxla ki, söz məqamı gələndə bekar qalmayasan.
P.S. Bu arada Prezidentin köməkçisi dəyərli Əli Həsənova sonsuz minnətdarlığımı bildirirəm. Susmaq imkanı varkən susmadığı, susaraq özünü “ağıllı” zənn edənlərin sırasına qoşulmadığı, bəzən hətta bütün məmur stereotiplərini, çərçivələrini qıraraq öz bildiyi tərzdə, məhz(!) özünün məqbul bildiyi tərzdə – anti milli nadanlara qarşı kişi kimi, ləyaqətlə, şərəflə döyüşdüyü üçün!/musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar