Xəbər lenti
Yağış yağacaq, dolu düşəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 12-17° isti, Bakıda gecə 3-5° isti, gündüz 14-16° isti təşkil edəcək.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 749 mm civə sütununa aşağı enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz olacaq. Lakin axşam bəzi qərb rayonlarında arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bir xəbərdarlığı da nəzərə çatdırır. Martın 24-ü axşam, 25-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































