Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sürücülərin DİQQƏTİNƏ ! - Bu yollar 2 gün bağlı olacaq

Tarix: 23-03-2018 14:02     Baxış: 3242 A- / A+
Sürücülərin DİQQƏTİNƏ !

Paytaxtın bəzi yerlərində nəqliyyatın hərəkəti tam və qismən məhdudlaşdırılacaq.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildiriblər.

Şirkət şəhər sakinlərinin nəzərinə çatdırır ki, builki Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar olaraq 23-25 mart tarixlərində trekin bəzi hissələrində asfalt örtüyündə təmir-bərpa işləri həyata keçiriləcək.

Təmir-bərpa işlərinə martın 23-ü, saat 06:00-da start veriləcək və bu proses martın 25-i gecə saatlarınadək davam edəcək. Trekin asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar görülən işlərin qısa müddət ərzində başa çatdırılması üçün bəzi hissələrdə nəqliyyatın hərəkəti tam, bəzi yerlərdə isə qismən məhdudlaşdırılacaq.

Belə ki, Puşkin küçəsinin Xəqani küçəsi ilə olan kəsişməsi və bu kəsişmədən etibarən Üzeyir Hacıbəyov küçəsindədək olan hissə nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Həmçinin bu tarixlərdə Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Puşkin küçəsinin yeraltı avtodayanacağın çıxış qapısının olduğu hissəsində, Xəqani küçəsinin Xalq Bankın qarşısındakı hissəsində, Zərifə Əliyeva ilə Səməd Vurğun küçələrinin kəsişməsinin Dəniz Akademiyasının qarşısına düşən hissəsində və Zərifə Əliyeva küçəsinin Muzey Mərkəzinin arxasına düşən hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti apreldə keçiriləcək Formula 1 yarışına hazırlıqla əlaqədar görülən işlər səbəbindən yaranan müvəqqəti çətinliyə görə paytaxt sakinlərindən üzr istəyir və yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən öz təşəkkürünü bildirir.unikal.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar