Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Bakıda 40 min erməni yaşayır” - İtaliya mətbuatı

Tarix: 06-10-2016 12:25     Baxış: 4595 A- / A+
“Bakıda 40 min erməni yaşayır”


İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinin xüsusi buraxılışı olan “Gli Occhi della Guerra”da jurnalist Matteo Karnielettonun Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdan aldığı müsahibə əsasında hazırladığı “Dağlıq Qarabağdan heç vaxt imtina etməyəcəyik” adlı məqaləsi dərc olunub.

Məqalədə 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhərinin icra başçısı Bayram Səfərovun işğal zamanı yaşadığı, gördüyü faciələrdən söz açılıb.

Həmçinin, Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsi xatırladılıb və münaqişənin qeyd olunan qətnamələr əsasında çoxdan həllini tapmalı olduğu bildirilib. Azərbaycanın sülh yolu və diplomatik vasitələrlə münaqişənin həllinə çalışdığı, bununla belə öz ərazilərini geri qaytarmaq üçün digər bütün vasitələrdən istifadə edə biləcəyi də vurğulanıb.

Diqqət çəkən məqamlardan biri də budur ki, məqalədə münaqişənin etnik zəmində baş vermədiyi, hazırda Azərbaycanda 40 min erməninin dinc şəraitdə yaşaması faktının bunu təsdiqlədiyi qeyd olunub.(Axar.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar