Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi…”

Tarix: 20-03-2018 20:26     Baxış: 3432 A- / A+
“Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi…”


Rusiya ordusunun Cənub hərbi dairəsində ötən gün başlayan təlimlərlə Azərbaycan ordusunun ötən həftə keçirdiyi irimiqyaslı hərbi təlimlər arasında hansısa əlaqənin olması istisna deyil. Bunu rusiyalı hərbi ekspert, “Novaya qazeta”nın şərhçisi Pavel Felqenhauer “Kavkazskiy uzel” portalına müsahibəsində deyib.

Ekspert bildirib ki, hərçənd təlimlər əvvəlcədən planlaşdırılmışdı, amma Qarabağda münaqişənin yenidən alovlanması, müharibəyə keçməsi istisna deyil.

“Heç kim bu münaqişəyə fikir vermir. Onların hamısının başı qarışıb. Azərbaycanın keçirdiyi hərbi təlim hərbi əməliyyatlara birbaşa hazırlıq idi. Digər tərəf də hazırlaşır”-Felqenhauer bildirib.

“Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi…”


Rusiyalı hərbi ekspertin fikrincə belə ehtimal mövcuddur ki, Bakı erməni birləşmələrinin mövqelərinə birinci zərbə endirmək üçün qüvvələrin irimiqyaslı cəmləşdirilməsini həyata keçirir. “Orada situasiya pisdir, gərgindir…Hazırlığı təsdiq edən həm də budur ki, təlimlər radioelektron şəraitdə keçirilir. Radarların qapadılmasına, rabitənin kəsilməsinə qarşı dayanmaq imkanları var”-o qeyd edib.

Felqenhauerə görə dünya ictimaiyyəti bu münaqişəyə fikir vermir, çünki dünyada çoxlu başqa münaqişə ocaqları var. Azərbaycan isə torpaqlarını geri qaytara bilmək üçün müntəzəm olaraq silahlanır, təkcə Rusiyadan yox, İsrail və Türkiyədən də silahlar alır.

“Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi…”


“Məsələn, yüksək dəqiqlikli İsrail reaktiv yaylım atəşi sistemi, zərbə pilotsuz aparatları, “Spike” tank əleyhinə raket sistemləri. Bu, tank əleyhinə müasir və effektiv sistemdir, Amerikanın “Javelin” raketinin bənzəridir. Belə silah nə Ermənistanda var, nə Rusiyada. Azərbaycan silahlanmaya böyük pullar xərcləyir”-Felqenhauer bildirib.

Rusiyanın geosiyasi problemlər Akademiyasının prezidenti, hərb elmləri doktoru Konstantin Sivkov da hesab edir ki, Azərbaycan ordusunun keçirdiyi təlimlər Qarabağda müharibəyə hazırlıq məqsədi daşıyan addımdır.

“Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi…”


“25 minlik şəxsi heyət Dağlıq Qarabağa hücum üçün hazırlanan qruplaşmanı çox xatırladır…Təlimlərin miqyası Azərbaycan ordusunun ölçüsü ilə bir araya sığmır”-Sivkov deyib.

Ekspert əlavə edib ki, Azərbaycan müntəzəm olaraq Rusiyadan hərbi texnika, artilleriya, zenit silahları alır. Lakin Ermənistana da silahlar verilir. “Azərbaycana kifayət qədər böyük sayda silahlar təchiz olunur. Məsələn, T-90S tankları, hansı ki, özünü Amerikanın “Abrams” tanklarından daha yaxşı göstərə bilib”-Sivkov bildirib. /Virtualaz.org/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar