Xəbər lenti
AZAL-a məxsus təyyarədə nasazlıq - Sərnişinlər...

İstanbulun Atatürk Hava Limanında "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus “Boeing 767-300” təyyarəsində nasazlıq baş verib.
Manevr.az xəbər verir ki, hadisə ekipaj üzvünün sərnişinlərin təyyarədən çıxması üçün qapılarını açmağa başlayan zaman baş verib. O səhvən təxliyyə avadanlığını açıb.
Hadisə yerinə xilasedicilər gəlib. Xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə “Report”a bildirib ki, təyyarənin ehtiyat trapının ağzı açılıb, ondan sonra bağlanılıb və sərnişinlər normal şəkildə avialayneri tərk ediblər: "Yaranmış problem aradan qaldırıldıqdan sonra təyyarə Bakıya qayıdacaq".
Qeyd edək ki, təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































