Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlər Kabineti ləğv oluna bilər (ŞƏRH)

Tarix: 17-03-2018 17:03     Baxış: 3337 A- / A+
Nazirlər Kabineti ləğv oluna bilər (ŞƏRH)


Aprelin 11-də baştutacaq növbədənkənar prezident seçkilərindən sonra hökumət istefa verəcək. Bəs yeni hökumətdə hansı islahatların aparılmasına ehtiyac var?

Manevr.az-ın məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı qaynarinfo-ya açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin səlahiyyətləri birinci-vitse-prezidentlik institutuna verilə bilər:

"Yəqin ki, prezident seçkilərindən sonra dərin islahatlara ehtiyac duyulacaq. Dünən baş nazir Artur Rəsizadənin Milli Məclisdəki hesabatını izlədim. Doğrusu çıxışın özü də nə qədər inandırıcı idi, bilmərəm. Amma faktiki o çıxışdan da görünürdü ki, Nazirlər Kabinetində köklü islahatlara ehtiyac var. Həmçinin düşünürəm ki, əgər konstitusiyaya dəyişiklikdən sonra "Birinci vitse-prezidentlik institutu təsis olunubsa, ümumiyyətlə Nazirlər Kabinetinə nə ehtiyac var?" sualı getdikcə aktuallaşır. Mümkündür ki, seçkilərdən sonra Nazirlər Kabineti buraxılaraq, səlahiyyətləri birinci vitse-prezidentə keçsin. Onsuz prosesin özü də prezidentin nəzarətindədir. Ona görə Nazirlər Kabinetinin varlığı ilə yoxluğu bilinmir. Bəli, nazirlər var və hər biri də öz fəaliyyəti ilə məşğuldur, amma həmin o nazirlərə baş nazir nəzarət etmir, əsas prezidentdir. Amma prezidentin də işi çoxdur. Həm daxili, həm xarici siyasət, sərəncamlar və s. Mənə elə gəlir ki, bu funksiyaların bəzilərini seçkilərdən sonra birinci vitse-prezidentə təhvil vermək mümkündür".

Elxan Şahinoğlu gənclərə yeni kabinetdə yer verilməsinin də vacibliyini vurğulayaraq, Gürcüstanın bu sahədəki siyasətini nümunə kimi götürməli olduğumuzu diqqətə çatdırıb:

"Gürcüstanda nazirlərin çoxunun 30-35 yaşları var. Bakıda keçirilən dördtərəfli forumda da iştirak edən xarici işlər nazirlərindən ən gənci gürcü nazir idi. Bəlkə heç 35 yaşı da yoxdur. Yəni, bu kadrlar Gürcüstanda irəli çəkilib və islahatlar son dərəcə sürətlənib. Mənə elə gəlir ki, bu nümunədən Azərbaycan da yararlanmalıdır".

Ekspert həmçinin Strateji Yol Xəritəsinin icrasının ləng həyata keçirilməsinin də səbəbinin kadrlarla bağlı olduğunu bildirib:

"Bir müddət əvvəl Strateji Yol Xəritələri müəyyən olunmuşdu. Hətta struktur da müəyyənləşdirilmişdi ki, bunun icrasına nəzarət etsin. Mən onların bir neçə ay öncə verdiyi hesabatla tanış oldum. Orada çox tənqidi istiqamətlər var idi və qeyd olunurdu ki, nazirliklər işləri çox ləng yerinə yetirir. Bunun özü də onu göstərir ki, kadrlar dəyişdirilməlidir ki, hərə öz işini görə bilsin və prezidentin onların qarşısında qoyduğu vəzifələri, yəni strateji yol xəritəsində göstərilən bəndləri yerinə yetirə bilsinlər".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar