Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Polisdə şalvarımı çıxardılar..." iddiası: Almazov işdən qovuldu

Tarix: 05-10-2016 17:52     Baxış: 4576 A- / A+
"Polisdə şalvarımı çıxardılar..." iddiası:



“Bakı şəhər sakini Araz Orucovun törətmədiyi cinayəti polis bölməsində guya fiziki təzyiq nəticəsində boynuna götürməsi barədə səsləndirdiyi iddiaların heç bir hüquqi əsası yoxdur”.Bunu virtualaz.org saytının sorğusuna cavab olaraq redaksiyamıza göndərdiyi açıqlamada Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.

O. Mansurzadə deyib ki, Araz Orucovun bəhs etdiyi cinayət işi Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başlanıb. “Hadisənin törədilməsində şübhəli bilinənlərin-Araz Orucovun və Elvin Qarayevin ilkin etirafedici ifadələri, ifadələrinin yerində yoxlanması protokolları və bu zaman çəkilmiş fotoşəkilər, həmçinin zərərçəkmiş şəxslərin ifadələri əsasında 10 may, 2015-ci il tarixdə müstəntiq tərəfindən Araz Orucov Cinayət Məcəlləsinin 181.2.1. və 181.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. Ona həmin maddələr ilə ittiham elan edilərək Xətai rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib”, şöbə rəisi deyib.

DİN rəsmisinin sözlərinə görə, Elvin Qarayev və qardaşı Elsevər ötən ilin fevralın və mayın əvvəllərində Xətai rayonu ərazisində digər quldurluq və oğurluq hadisələri də törədiblər. Lakin istintaqın sonrakı mərhələsində qeyd olunan quldurluq faktı üzrə Elvin Qarayevin və Araz Orucovun əməlində cinayət tərkibi müəyyən edilmədiyi, həmin epizodlar üzrə onlara elan olunmuş ittiihamların sübuta yetirilmədiyi məlum olub.

"Polisdə şalvarımı çıxardılar..." iddiası:


Bu səbəbdən baş müstəntiq R.Almazovun qərarı ilə A.Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilib və o, həbsdən azad olunub, Elvin və Elsevər Qarayevlərin CM-nin oğurluq maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi isə baxılması üçün Xətai rayon məhkəməsinə göndərilib.

O.Mansurzadə bildirib ki, yazılanların əksinə olaraq, A.Orucuvun təqsirli bilindiyi cinayəti hələlik açmaq mümkün olmadığından bu işdə kimlərinsə tutulması barədə səslənmiş fikirlər də həqiqətdən uzaqdır.

“Təbii ki, iş olan yerdə nöqsan da olur. Əməliyyat-xidməti və istintaq fəaliyyəti də bu baxımdan istisna deyil. Elə DİN rəhbərliyinin ciddi nəzarəti və tələbkarlığı nəticəsində insan hüquqlarını pozan, xidməti vəzifələrinə səhlənkar yanaşan hər il neçə-neçə əməkdaş intizam məsuliyyətinə cəlb edilir, daxili işlər orqanlarından xaric edilməyədək sərt şəkildə cəzalandırılır. Onlardan biri də Xətai RPİ-nin adıçəkilən müstəntiqidir. İşdə yol verdiyi ciddi nöqsanlara və digər xidməti qəbahətlərə görə baş müstəntiq Raciv Almazov Nazirliyin rəhbərliyi tərəfindən tutduğu vəzifədən azad edilib”-Orxan Mansurzadə bildirib.

DİN rəsmisi qeyd edib ki, Araz Orucovun 37-ci PB-nin əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi ərizə əsasında Xətai rayon prokurorluğu tərəfindən araşdırma aparılıb, toplanmış materialda cinayət tərkibi müəyyən olunmadığından 13 noyabr, 2015-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunub. Bundan əlavə, polis orqanlarının bütün müvəqqəti saxlama yerlərinə Nazirliyin rəhbərliyi, prokurorluq, Ombudsman Aparatı tərəfindən, həmçinin aidiyyatı QHT-lər tərəfindən nəzarət ciddi olduğuna görə həmin məkanlarda istənilən vətəndaşa qarşı hər hansı fiziki təsirin göstərilməsi praktiki cəhətdən mümkünsüzdür.

"Polisdə şalvarımı çıxardılar..." iddiası:


O.Mansurzadənin sözlərinə görə, göründüyü kimi A.Orucovun şikayətini rayon prokurorluğu təqribən bir il öncə araşdırıb və sonuncunun işgəncə ilə bağlı iddiaları təsdiqini tapmayıb. Prokurorluğun həmin araşdırmasının üstündən təqribən 1 il, A.Orucovun həbsdən buraxılmasından təxminən 5 ay keçdikdən sonra rəsmi qurumlar tərəfindən təsdiq olunmayan, ictimai fikri çaşdırmağa yönəlmiş işgəncə məsələsinin az qala dünən baş vermiş hadisə kimi yenidən "Azadlıq Radiosu" tərəfindən zorla gündəmə gətirilməsinin səbəbi yaxşı məlumdur.

“Tamamilə aydındır ki, ölkəmizin müstəqil siyasət yeritməsini, onun uğurlarını, yaradılmış sabitliyi gözləri götürməyən məlum dairələrin və onların bu məqsədlə formalaşdırmağa çalışdıqları "beşinci kalon"un maraqlarının müdafiəçisi olan, söz və mətbu azadlığından fon kimi yararlanan bəzi KİV-lər əslində aranı qatmaq, vətəndaşlarda dövlətə və hüquq-mühafizə orqanlarına inamsızlıq yaratmaq istəyirlər. Xüsusən polis orqanlarını gözdən salmağa hesablanmış belə qarayaxmalar, yoxlanılmamış məlumatların sözügedən KİV-lərdə yayılması ilk dəfə deyil”-DİN rəsmisi deyib.

O.Mansurzadənin sözlərinə görə, yeri gəlmişkən, A.Orucovun anası Aygün Rüstəmovanın evini satdıraraq oğlunu guya həbsdən azad etdirəcəyi adı ilə onun 22.000 manatını dələduzluq yolu ilə mənimsəmiş Şahin Qulisoy Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir.(virtualaz.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar