Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağsuda dəhşətli qəza: 6 NƏFƏR ÖLDÜ

Tarix: 16-03-2018 20:31     Baxış: 41 468 A- / A+
Ağsuda dəhşətli  qəza: 6 NƏFƏR ÖLDÜ

Ağsuda dəhşətli avtomobil qəzasında ölən 6 nəfərdən ikisi ər və arvaddır.

Manevr.az-ın məlumatına görə, bu gün axşam saat 18:30 radələrində Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən 6 nəfərdən 2-sinin və bir nəfər yaralının adı məlum olub.

06-BC-365 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn 54-BE-811 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı “VAZ 2106”nın sürücüsü, Ağsu sakini, 1962-ci il təvəllüdlü İsmiyev Teymurşah Sırac oğlu və həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızı aldıqları ağır bədən xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
“VAZ 2107”nin sürücüsü, Ağsu sakini,1983-cü il təvəllüdlü Quliyev Səbuhi Təvəkkül oğlu ağır bədən xəsarətləri aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. “VAZ 2107”nin sərnişini olan 4 nəfər Siyəzən rayon sakini aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb. Hadisə yenicə baş verdiyi üçün onların adlarını hələ ki, müəyyən etmək mümkün deyil. Hadisə yerinə cəlb olunan FHN-nin xilasediciləri müxtəlif kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış avtomobillərdə sıxılıb qalmış şəxslərin meyitlərini çıxararaq aidiyyati üzrə təhvil veriblər.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar