Xəbər lenti
Mehriban Əliyevadan seçki qabağı əhaliyə Böyük sürpriz – Rəsmi
Ölkənin birinci vitse-prezidentinin də vurğuladıqları kimidörd min köçkün ailəsi yeni evlərə köçürüləcək
“Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb”.
Manevr.az-ın məlumatına görə, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclasında baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Ə. Həsənov nəzərə çatdırıb ki, keçən il 2300 ailə – 12 mindən çox məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin olunub, bu il isə ən azı 20 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürüləcək. Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salındığını, 53 min ailənin və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını deyən baş nazirin müavini qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli birinci vitse-prezidentin də fəaliyyətinin prioritetidir.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar