Xəbər lenti
Bakı-Şamaxı yolunun sürüşmə zonası ilə bağlıqərar verildi

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 16 kilometrlik sürüşmə zonasına düşən hissəsi yenidən qurulacaq.
Bu barədə trend-ə açıqlamasında "Azərbaycan Avtomobli Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, yolun 101-ci kilometrliyindən 117-ci kilometrliyinə qədər olan hissəsinin yenidən qurulması üçün sənədlər hazırlanıb, layihə təsdiqlənib: "Artıq yolun həmin hissəsinin əsaslı qurulmasına başlanır, hazırlıq işləri görülüb. Yaxın günlərdə yolun təmirinə start veriləcək".
A.Nəcəfli bildirib ki, yenidənqurma zamanı yoldakı aşınma, çökmə və sürüşmənin qarşısı tam alınacaq, yolda mühəndisi qurğular, istinad divarları qurulacaq, sıvaylar vurulacaq: "Yol ümumilikdə 2-ci texniki dərəcədən 1-ci texniki dərəcəyə təkmilləşdiriləcək".
Xatırladaq ki, adıçəkilən ərazi sürüşmə zonası olduğundan həmin yolda tez-tez çökmə və sürüşmə halları baş verir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar