Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün və sabah qasırğa olacaq - Xəbərdarlıq

Tarix: 14-03-2018 15:43     Baxış: 4332 A- / A+
Bu gün və sabah qasırğa olacaq - Xəbərdarlıq

"Günəşin səthində heç bir ləkə yoxdur. Lakin bu, heç də "kosmik hava"nın aktiv olmamasına dəlalət etmir. Çünki, Günəşin səthində formalaşmış növbəti tac dəliyindən sürətli Günəş küləyi öz başlanğıcını götürməkdədir. Həmin tac dəliyindən asanlıqla Günəşi tərk edərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönələcək qaynar plazma küləyi bu gün ərzində Yerətrafı fəzaya çatacaq. Yerin maqnit sahəsini kifayət qədər həyəcanlaşdıracaq. Bu dəfə G1 sinfinə mənsub olan geomaqnit qasırğası gözlənilir (maksimum şkala G5-dir). Bu qasırğanın bu gün və sabah sutka ərzində fasilələrlə davam edəcəyi proqnozlaşdırılır".

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, gözlənilən qasırğa baş verəcəyi təqdirdə daha çox yuxarı en dairələrində hiss olunacaq. Bizim ölkənin də yerləşdiyi orta en dairələri üçün təsir effekti isə zəif olacaq. Geomaqnit həyəcanlaşması yüksək səviyyədə olsa da, bizim en dairələrində geomaqnit qasırğası zəif, insanlar üçün təsir isə demək olar ki, hissolunmaz olacaq. 60 dərəcədən yuxarı geomaqnit enliyində yerləşən ölkələrin ərazisində mövcud olan həm texnolji, həm də bioloji sistemlər üçün bu təsir daha çox hiss olunacaq.

"Ümumiyyətlə, insanların çox təşvişə düşməsinə ehtiyac yoxdur. Diskomfortu yalnız geomaqnit həyəcanlaşması və ya qasırğası ilə əlaqələndirmək düzgün yanaşma deyil. Hazırda meteroloji şərait də kəskin dəyişib. Temperatur, külək və atmosfer təzyiqinin kəskin variasiyaları da həssas (meteolabil) insanlara güclü təsir göstərir. Eyni zamanda, "kosmik hava"nın da pisləşəcəyi gözlənilir. Bu iki faktorun – meteoşərasitin və "kosmik hava"nın birgə təsiri sağlam insanlardan çox, risk faktoruna daxil olan insanlara daha çox təsir göstərəcək. Ürək-qan-damar sistemi xəstəliyinə düçar olmuş xroniki xəstələr nisbətən çox əziyyət çəkirlər".- E.Babayev deyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar