Xəbər lenti
Sarkisyan: “Azərbaycan tərəddüd etmədən İrəvanı raketlə vuracaq…”
Nəinki Azərbaycan ordusunun iki gündür davam edən irimiqyaslı təlimləri, eləcə də Türkiyə ordusunun Suriyanın şimalındakı Afrin bölgəsini PKK/YPG kürd birləşmələrindən təmizləmək üçün apardığı hərbi əməliyyatlar Ermənistanda ciddi narahatlıqla izlənir.
Manevr.az xəbər verir ki, bu gün Ermənistan Demokrat partiyasının lideri Aram Sərkisyan İrəvanda jurnalistlər qarşısına çıxıb və Türkiyənin Naxçıvandan platsdarm kimi istifadə edərək “Cənubi Qafqazda möhkəmlənmək niyyətləri” haqda danışıb.
Sərkisyana görə Türkiyə ordusunun Afrinə müdaxiləsi və başqa ölkənin ərazisinə hərbi müdaxiləyə görə beynəlxalq ictimaiyyətin Ankaraya adekvat reaksiya verməməsi Ermənistan üçün türk təhdidini artırır.
“Digər tərəfdən aydındır ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa olunarsa Azərbaycan Türkiyənin birbaşa dəstəyi ilə Naxçıvan ərazisindən Ermənistana zərbə endirməkdə tərəddüd etməyəcək. Nəzərə alanda ki, muxtar respublikadan Yerevana qədər məsafə cəmi 80 kilometrdir, bu məsafə reaktiv yaylım atəşi sistemləri üçün tamamilə əlçatandır”-Sərkisyan deyib.
Partiya lideri xatırladıb ki, Naxçıvanda müntəzəm olaraq Türkiyə və Azərbaycan birgə təlimləri keçirilir. Mətbuatda belə şaiyələr dolaşır ki,Türkiyə Naxçıvanda daimi baza yarada bilər. Sərkisyanın fikrincə Ermənistan XİN Naxçıvan istiqamətindən qaynaqlanan təhdidlə bağlı “çox zəif” işləyir. Hansı ki, çoxdan bu məsələ ilə bağlı KTMT-yə və Rusiyaya müraciət etmək lazım idi.
Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan da bu fikirlərlə razıdır və hesab edir ki, Naxçıvan doğrudan da Türkiyə üçün Cənubi Qafqaza və Orta Asiyaya “sıçramaq” üçün tramplin ola bilər.
Qeyd edək ki, Azərbaycan odusu doğrudan da son illər Naxçıvan böyük həcmdə hərbi qüvvə cəmləşdirir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu ən yeni hərbi texnika və silahlarla, o cümlədən “Smerç” reaktiv yaylım atəşi sistemləri, “Solntsepyok” TOS-1A ağır odsaçanları, Türkiyə və İsraildən alınan, 120-150 km mənzilli raket sistemləri, T-90S tankları və digər yeni hücum texnikası ilə silahlanıb. Aydın məsələdir ki, Naxçıvandakı bu armada Rusiyadan aldığı “İsgəndər” raketləri ilə Azərbaycanı hədələyən Ermənistan üçün ciddi çəkindirici amil olmalıdır. Çünki mümkün hərbi əməliyyatlar zamanı Ermənistanın bütün ərazisi Azərbaycan ordusunun hədəfində olacaq. /Virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar