Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Parlamentdə dava: deputatlar əlbəyaxa oldu (VİDEO)

Tarix: 13-03-2018 15:31     Baxış: 3616 A- / A+
Parlamentdə dava: deputatlar əlbəyaxa oldu (VİDEO)


Türkiyə parlamentində millət vəkilləri arasında dava olub.

Qaynarinfo Hürriyet-ə istinadən xəbər verir ki, mübahisə CHP-li millət vəkili Musa Çam çıxışı zamanı keçmişdə MHP sədri Dövlət Baxçalı ilə AKP sədri Rəcəb Tayyib Ərdoğan arasında baş vermiş "nəsilartırma" mübahisəsinə toxunmasından sonra başlayıb. Hər iki partiyanın təmsilçiləri M.Çamın üzərinə hücum çəkərkən, CHP qrupu arada qalıb. Onlar az sayda olan HDP məclis nümayəndələri ilə birgə M.Çamı xəsarət almasın deyə qorumağa çalışıblar.

Parlament sədrinin müavini Ayşənur Baxçaqapılı kobud və təhqiramiz fikirlərinə görə M.Çamın 3 iclaslıq parlamentdən uzaqlaşdırılması barədə təklif irəli sürüb. Təklif MHP cə CHP-li millət vəkillərinin səs çoxluğu ilə qəbul edilib.

Çam salondan çıxdığı zaman dava yenidən başlayıb. Mühafizə əməkdaşları deputatları güclə ayırıb.

M.Çam özünü müdafiə edərkən bu fikirləri səsləndirib: "Mən çıxışımda MHP lideri Baxçalının nə qədər hörmətli və nə qədər yaxşı bir insan olduğunu söylədim. Bu səbəbdən də AKP liderinin ona qarşı söylədiyi fikirlərin yaraşmadığını bildirdim. Əgər ortada yanlış anlama varsa, üzr istəyirəm. Mənim Dövlət Baxçalıya belə bir şeyi əsla demərəm".

Lakin onun bu üzrxahlığı da qərarın dəyişdirilməsinə təsir göstərməyib. Həmçinin məclisdən uzaqlaşdırılması səbəbindən Çamın maaşından 12 min lirə də pul cəzası tutulacaq.

Mübahisə zamanı media nümayəndələri də hücuma məruz qalıb.

Qeyd edək ki, ötən il Türkiyə prezidenti Rəcəb Tayiib Ərdoğan çıxışlarının birində nəsil artırmanın vacibliyini vurğulamış, əhalinin planlanması və cinsi müəyyən etmənin müsəlmana yaraşmayan bir iş olduğunu bildirmişdi. CHP lideri Dövlət Baxçalı isə Ərdoğanın fikrinə münasibət bildirdikdən sonra iki siyasi lider arasında gərginlik yaranmış, bir-birlərini təhqir etmişdilər.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar