Xəbər lenti
Erməni lobbisi Dilqəmlə Şahbaza görə beynəlxalq təşkilata hücum etdi

“Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımıza qarşı mənəvi və fiziki təzyiq edildiyi haqqında müxtəlif mənbələrdən məlumatlar daxil olur. Bu məsələni Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan Nümayəndəliyi Parisdə yerləşən mərkəzi ofisin diqqətinə çatdırıb”.
Manevr.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bundan sonra həngamə qopub:
“Fransadakı erməni lobbisinin nümayəndələri Beynəlxalq İnsan Haqları Komitəsinin ofisinə hücum edərək təşkilatın saytından Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqındakı ifnromasiyaların çıxarılmasını tələb ediblər”.
Politoloqun sözlərinə görə, Avropanın göbəyində anti-demokratik addım atılır və buna ciddi reaksiya yoxdur: “Halbuki, elə təşkilatın adından da görünür ki, insan haqları pozulan şəxslərin taleyi ilə maraqlanmalıdır. Bu onun vəzifəsidir. Erməni lobbisinin təmsilçiləri isə təşkilata təzyiq etməklə bu vəzifənin yerinə yetirilməsinə mane olmaq istəyirlər”.
E.Şahinoğlunun fikrincə, Parisdə baş verən olaya rəsmi reaksiya verilməlidir: “Bəlkə də elə bu olaydan çıxış edərək Avropanın diqqətini iki girovumuzun taleyinə yönəldə bilərik”. /Minval.info/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar