Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər onları Bakıya gətirib gəzdirməyimizin “layiqli” cavabını verdi - VİDEO

Tarix: 12-03-2018 15:14     Baxış: 3460 A- / A+
Ermənilər onları Bakıya gətirib gəzdirməyimizin “layiqli” cavabını verdi


Xankəndində erməni qadın: "Bəli, mən işğalçıyam... Mən əraziləri işğal etmişəm və bunu niyə etdiyimə görə məsuliyyət daşıyıram...”

Laçında qoca erməni: “Türklərin hamısını məhv edib bircəyini spirt şüşəsində saxlamaq lazımdır...”

Xəbər verildiyi kimi, bir neçə gün öncə Bakını 30 il əvvəl ermənilərin özlərinin başlatdığı münaqişə nəticəsində tərk etmiş növbəti erməni qadın Azərbaycan paytaxtında gətirilib gəzdirildi. Bu olay cəmiyyətin əksər hissəsinin etirazına səbəb oldu. Ermənilərin yurd-yuvasını işğal etdiyi, ata-analarını, bacı-qardaşlarını, doğmalarını, qohumlarını qətlə yetirdiyi soydaşlarımız Şuşaya, Xankəndinə, İrəvana və s. bircə nəfər azərbaycanlının ayaq basa bilmədiyi halda ermənilərin sərbəst şəkildə Bakını dolanmasına şəraitin yaradılmasını özlərinə həqarət kimi qəbul edirlər...

Ermənilər də Azərbaycanın növbəti humanist addımının “layiqli cavabını” bir daha veriblər. Sosial şəbəkələrdə işğal altındakı Azərbaycan torpaqlaraında yaşayan ermənilərin azərbaycanlılara, türklərə qarşı faşistsayağı çıxışlarını əks etdirən video-görüntüləri yayılıb.

Həmin görüntüləri milli təhlükəsilzik məsələləri üzrə ekspert İlham İsmayıl paylaşıb.

Xankəndində çıxış etdiyi göstərilən erməni qadın deyir:”Bu, bizim daxili problemimizdi, bunu özümüz həll etməliyik. Qapıları açıb, azərbaycanlıların bura dəvət olunması məsələsinə gəlincə, mən istəmirəm ki, bir daha mənim torpağımda türk yaşasın. Mən istəyirəm ki, övladım möhkəm ruhlu böyüsün. Hətta bütün dünya bizi işğalçı adlandırsa da.. Mən qəbul edirəm, mən işğalçıyam... Mən əraziləri işğal etmişəm və bunu niyə etdiyimə görə məsuliyyət daşıyıram...”

Guya Laçında çıxış edən qoca bir erməni dığası isə deyir:” Bu Laçın ərazisinə gəlincə, bu, bizim babalarımızın torpağıdır. Biz bu torpağı işğal etməmişik, biz oranı azad etmişik. İndi isə burada ermənilər öz babalarının torpaqlarında yaşayırlar. Qarabağdan, İrəvandan, Naxçıvandan, Artaşatdan, Sumqayıtdan... Ermənilər gəlib və özlərinə evlər tikib... Görmüşdünüz, buralar xarabalıq idi. Ermənilər qurucu xalqdır. Tikdilər... Əvvəl pis yaşayırdıq. İndi yaxşı yaşayırıq. İki-üç ildən sonra daha yaxşı yaşayacağıq... Mağaza var, yol var, maşın parkı var... Dövlət vaxtlı-vaxtında maaşımızı verir. Alırıq, yeyirik. Burda nə var ki?.. Qoy türklər özləri üçün yaşasın, onlar bizdən nə istəyir? Biz onlarla yaşaya bilmərik. Bu, xalq deyil, bu, qəbilədir. Bu, qəbilə olub, qəbilə... Bütün bu tayfanı kəsib doğramaq, məhv etmək lazımdır. Və yalnız birini spirli şüşədə saxlamaq gərəkdir. Sən də bir dayan görüm (Arxadan birinə dönərək deyir)... Bircəyini spirtdə saxlamaq və gələcək nəsillərə göstərmək lazımdır ki, belə bir köçəri tayfa olub... Biz erməniləri nəyin qoruduğuna gəldikdə... Bu, bizim dilimizdir, mədəniyyətimizdir, bizim inancımızdır. Bizi saxlayan budur. Xristian inancına malik olan şəxs İslamla yaşaya bilməz...”

P.S. ... Deməyə sözümüz qalmayıb artıq... Nə deyək, şeir yazaq yenə...

Yoxsa boş-boş bəyanat verək... Söz Ali Baş komandanın, ordunundur, silahındır... “Sülh platforması”, danışıq, görüş-filan hamısı başqatmadır, vaxt öldürmədir... Bu, birmənalıdır.../moderator.az/

Sultan Laçın


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar