Xəbər lenti
Azərbaycanda bu şəxslərin BORCU SİLİNDİ

Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən 70133 vergi ödəyicisi üzrə 729 mln. 234,7 min manat borc məbləğinin qeyd-şərtsiz olaraq silinməsi təmin edilib.
Manevr.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda qeyd olunub ki, qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən isə 2017-ci ilin yanvar-mart ayları ərzində edilmiş 8 mln. 88,4 min manat ödənişlər müqabilində 4455 vergi ödəyicisinin 01.01.2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borclarının 13 mln. 822,9 min manatı silinib.
Ümumilikdə, qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən 74588 vergi ödəyicisi üzrə 743 mln. 57,6 min manat məbləğində borcu silinib./apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































