Sizin Reklam Burada
Xəbər lenti
11-09-2026
10-09-2026
BÜTÜN XƏBƏRLƏR

Yeni mobil proqram hazırlandı - Gəliri müəyyən etmək mümkün olacaq

Tarix: 06-03-2018 22:04     Baxış: 4306 A- / A+
Yeni mobil proqram hazırlandı - Gəliri müəyyən etmək mümkün olacaq

Kənd Təsərrüfatı Nazirliyi istehsalçılar üçün mobil proqram hazırlayır.

Bunu nazirliyin aparat rəhbəri İlham Bayramov deyib.

İ.Bayramovun sözlərinə görə, söhbət bitkilərin yetişdirilməsi üçün texnoloji xəritədən gedir:

"Bu, torpaq sahiblərinə imkan verəcək ki, onlar səpin işlərinin hesablamasını həyata keçirsin. Proqram vasitəsilə səpin sahəsinin ərazisini, bitkilərin sortunu qeyd etməklə qoyuluşların həcmini və gözlənilən gəliri müəyyən etmək olar. Hesab edirik ki, bu proqram ilin ortasınadək istifadəyə veriləcək".

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi mobil platformalarda fermerlər üçün nəzərdə tutulmuş AGRO (FERM), "AgroUnion" və "VetPro App" proqramlarını da təqdim edib.

AGRO (FERM) fermerlərə öz məhsulları və xidmətlərini təklif etməyə imkan verəcək. "AgroUnion" texnoloji yeniliklərin tətbiqinə və kənd təsərrüfatının inkişafına yönəlib. "VetPro App" isə baytarların axtarışına imkan verən proqram olacaq.

Məlumata əsasən, bu proqramlar mütəxəssislər tərəfindən qiymətləndirildikdən sonra geniş istifadəyə təqdim olunacaq.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar