Xəbər lenti
Sərdar Cəlaloğlu Nobel mükafatı ala bilər - Kosmik hadisələr haqqında nəzəriyyə gizli səsverməyə çıxarıldı
Manevr.az
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun müəllifi olduğu "Kosmik hadisələr haqqında nəzəriyyə" Nobel mükafatına layiq görülə bilər.
Sərdar Cəlaloğlunun müəllifi olduğu nəzəriyyə artıq gizli səsverməyə buraxılıb.
Xəbəri Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərovda təsdiq edib.
Vitse-prezident bildirib ki, Sərdar Məmmədovun (Cəlaloğlu) nəzəriyyəsi ekspert qrupunun qiymətləndirməsindən keçib və gizli səsverməyə buraxılıb: “Gizli səsvermə nəticəsində hansı elmi işin qalib gələcəyi bəlli olacaq. Eyni sahə üzrə mükafat dünya üzrə üç şəxsə verilə bilər”.
“Bu il Azərbaycandan kimsə Nobel mükafatına layiq görülə bilərmi” sualına gəldikdə Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti deyib ki, əgər işlər ekspert qrupundan keçibsə, deməli şans var:
“İndilikdə son qərar gizli səsvermədən sonra bəlli olacaq. Biz deyə bilmərik ki, gizli səsvermədən kim çıxacaq”.
Böyük ehtimalla bu gün Nobel Komitəsinin gizli səsverməsinin nəticəsində fizika elmi üzrə Nobel mükafatı alan şəxslərin adı açıqlanacaq. Məlumata görə, bu sahə üzrə kimin qalib olacağı axşam saatlarında bəlli olacaq. Teleqraf.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar