Xəbər lenti
Bakı metrosunda problem - YENİLƏNDİ

Bakı metrosunda qatarların hərəkətində yaranmış problem aradan qaldırılıb.
Bu barədə publika.az-a Bakı Metropoliteni QSC mətbuat katibi Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, qatarlar 2 dəqiqəlik intervallarla xəttə buraxılıb: "Yaranan problemdən dolayı platformalarda sərnişin sıxlığı müşahidə olunur. Buna görə də, qatarlar pik rejimdə fəaliyyətə başlayıb. Xüsusilə "20 Yanvar" , "Neftçilər" , "Koroğlu" stansiyalarında sərnişin sıxlığı daha çoxdur. Lakin artıq qatarlar normal işləyir, heç bir problem yoxdur".
***
Bakıda metroda qatarların hərəkətində problem yaranıb.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev publika.az-a bilidirib ki, "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkətində problem yaranıb, qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Platformalada sıxlıq
müşahidə olunur: "Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar