Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

WhatsApp-dan sevindirici yenilik

Tarix: 01-03-2018 18:33     Baxış: 4256 A- / A+
WhatsApp-dan sevindirici yenilik

Dünyanın ən çox istifadə edilən mesajlaşma proqramı WhatsApp, AppStore-da təqdim etdiyi 2.18.30 aktuallaşdırması ilə tətbiqin iOS versiyasını yeniləyib. Yeniləmə, iOS istifadəçiləri üçün yeni bir xüsusiyyət əlavə edərkən eyni zamanda gələcək xüsusiyyətlərin də ipuclarını göstərib.

2.18.30 aktuallaşdırması ilə birlikdə WhatsApp iOS versiyası Instagram-dakılara oxşar zaman və mövqe çıkartmaları gəlib. Artıq iOS istifadəçiləri WhatsApp üzərindən hər hansı bir video, fotoşəkil ya da GIF göndərdikləri sırada 'smaylik' düyməsinə toxunaraq göndərilənlərin üzərinə zaman ya da mövqeyi göstərən çıxartmalar əlavə edə bilərlər.

Tətbiqin spam mesajları ilə dolub daşmasına maneə törətməyi məqsəd qoyan WhatsApp, yeni bir xüsusiyyət üzərində çalışır. 2.18.30 yeniləməsinin kodlarında olan xüsusiyyətə görə istifadəçilər başqa bir söhbətdən istiqamətləndirilərək özlərinə göndərilən ismarıcların üzərində 'ötürülən mesaj' şəklində bir xəbərdarlıq görəcəklər.

May ayında qüvvəyə girəcək AB Ümumi Məlumat Qoruma müdiriyyəti lazımınca WhatsApp, tətbiqin 'hesab ayarları' hissəsinə istifadəçilərin WhatsApp serverlərindən məlumatların hesabatını endirməsini təmin edən bir düymə əlavə edəcək. Beləcə istifadəçilər, WhatsApp tərəfindən istifadə edilən məlumatları haqqında fikir sahibi ola biləcəklər.

Bununla birlikdə WhatsApp, qrup səsli danışıqlar üzərində də işlərinə davam edir. Yenə 2.18.30 aktuallaşdırması kodlarının içində olan göstərişlər nəticəsində kəşf edilən xüsusiyyətə görə WhatsApp, səsli danışıqlar zamanı görüşməyə adam əlavə edə biləcəyimiz yeni bir xüsusiyyəti inkişaf etdirmə mərhələsindədir.

Unutmayın ki zaman və mövqe çıkartmaları xaricində digər xüsusiyyətlər, hələ inkişaf mərhələsindədirlər. Yeni xüsusiyyətlərin proqrama nə zaman gələcəyi ya da gəlib gəlməyəcəyi haqqında qəti bir məlumat yoxdur. Lakin xüsusilə spam mesajları və qrup səsli görüşmə mövzusunda bir xüsusiyyətin irəliləyən dövrlərdə gəlməsinə qəti gözüylə baxılır./teach.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar