Xəbər lenti
Haaqa şəhərində Ermənistan səfirliyinin önündə etiraz aksiyası keçirilib
Manevr.az xəbər verir ki, bu gün Niderland Krallığının Haaqa şəhərində Azərbaycan və Türk diaspora təmsilçiləri Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları Ermənistanın 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində etnik azərbaycanlılara qarşı soyqırım aktı törədildiyini qeyd edərək, bildiriblər ki, bu soyqırım törədilmə üsullarına görə əsl dəhşət və qəddarlıq nümunəsidir.
Hollandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İlhan Aşkın Ermənistanın ötən əsrdə Azərbaycanlılara qarşı bir neçə dəfə soyqırım törətdiyini bildirərək, qeyd edib ki, dünya dövlətləri bu soyqırım faktlarını görməzdən gəlir, 1915-ci ildə Osmanlıda olmayan bir hadisəni soyqırım kimi tanıtmağa çalışır.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin bildirib ki, keçən həftə Hollandiya Parlamentinin alt komissyonu sözdə "erməni soyqırımı"nı tanıyır . Bu bizdə təəssüf doğurur. Avropa dövlətləri Xocalı soyqırımını görməzdən gəlir, lakin yüz il əvvəl kimlərinsə uydurduğu bir yalanı soyqırım kimi tanımağa cəhd edir..
Daha sonra aksiya iştirakçıları "Xocalıya ədalət" şüarları səsləndiriblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar